Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bayedenin seçilməsi Qarabağ probleminə necə təsir göstərəcək? – Azərbaycan hərbi əməliyyatların sürətini artırmalıdır

Tarix 06.11.20, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 06 noyabr 2020-ci il

Bu yazını qələmə alarkən, Tramp və Bayden arasında qızğın yarış davam edirdi. Əldə olunan son məlumatlara görə, Nevada ştatında da öndə gedən Bayden burada da qazanarsa, Seçicilər Kollegiyasında lazım olan saya – 270-ə çata biləcək.

Trampın haradək etiraz edəcəyi məlum deyil, ancaq bu durum Baydenə ABŞ-dakı güc balanslarında ciddi psixoloji üstünlük əldə etməyə imkan verəcək.

Əgər səslərin sayılmasından çıxan nəticə bu yöndə olarsa və Bayden finişə öndə çatarsa, Türkiyəni də yaxından maraqlandıran bir sıra problemi masası üzərində görəcəkdir. Onlardan biri də Qarabağdakı işğal və davam edən döyüşlərlə bağlıdır.

Qarabağda gedən prosesin Trampın öncəliklərindən biri olmadığı söylənə bilər. Yeri gəlmişkən, Ermənistan tərəfi “Tramp istəsəydi, bir telefon zəngilə döyüşləri durdura bilərdi” görüşünü dilə gətirir.

Baydenin seçildiyini qəbul etsək belə, təqvimin normal işləməsi durumunda, vəzifəsinin icrasına 20 yanvarda and içdikdən sonra başlayacaq.

Yaxşı, bəs, bu məsələ ilə bağlı Baydenin mövqeyi necədir?

Bayden senator kimi, ABŞ Konqresində qondarma “erməni soyqırımı”nın tanınmasına yönəlik cəhdlərin, demək olar ki, mərkəzində yer alırdı. 2019-cu ildə bu yöndə bir qanun layihəsini bəyəndi. Bu il 24 apreldə qondarma “erməni soyqırımı”nın tam olaraq tanınması üçün çağırış etdi və bu məsələ ilə bağlı dəstək sözü verdi.

Obama dövründə Ermənistana göndərilən ABŞ yardımlarına və Dağlıq Qarabağa verilən humanitar yardımlara rəhbərliyi vitse-prezident Bayden etmişdir. Bu dövrdə eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin açılması və ticarətin yenidən başlaması məsələlərilə bağlı cəhdlər etmişdir.

27 sentyabrda döyüşlər başlayandan sonra Bayden öncə bir yazılı açıqlama verdi və “Bir aydır davam edən döyüşlərdən sonra ABŞ Prezidenti Donald Trampın gərginliyin dərhal azaldılması və Azərbaycan hərbçilərinin Dağlıq Qarabağa doğru irəliləməsinin önlənməsi məqsədilə Ermənistan, Azərbaycan və Türkiyə liderləriylə birbaşa görüşməsinin zamanı gəldi, keçir” ifadələrindən istifadə etdi.

Qısa bir müddət sonra da sosial media hesabında “Tramp gərginliyin dərhal azaldılması üçün Azərbaycan və Ermənistan liderlərini aramalı, ayrıca Türkiyə kimi ölkələrdən də bu anlaşmazlığqdan kənarda durmalarını tələb etməlidir” açıqlamasını vermişdi.

Seçkinin xüsusilə son həftəsinə baxılarsa, erməni lobbisinin böyük ölçüdə Baydenin qələbə çalması üçün kampaniya apardığı görünür. Ermənistan tərəfi keçmişdə Baydenin bu məsələ ilə bağlı atdığı addımları və etdiyi çıxışları nəzərə alaraq, ondan seçilməsi halında 5 önəmli addım atmasını:

– ABŞ prezidenti olaraq qondarma “soyqırımı” tanımasını;

– Dağlıq Qarabağdakı döyüşləri durduraraq, atəşkəsə nəzarət olunması üçün müşahidəçilərin göndərilməsini;

– ATƏT-in Minsk qrupunun həmsədr(lər)i olması səbəbilə prosesə aktiv şəkildə daxil olmasını;

– Ermənistana yardımları artırmasını;

– Azərbaycana verilə biləcək dəstəyi məhdudlaşdırmasını gözləyir.

Bu başlıqlar Ermənistan üçün, əslində, Baydenin bir növ seçkiqabağı vədinə çevrilmiş kimi görünür. Baydenin vəzifəyə gəlməsi durumunda, belə bir mövqeyi dərhal meydanda göstərmək istərmi? İndidən qəti bir hökm verilə bilməz. Lakin yenə də mövcud mövqeyində tərəfsiz qalacağını gözləmək çox optimist yanaşma olardı.

Dolayısilə, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarına və ərazi bütövlüyü prinsipinə söykənərək işğalı sonlandırması üçün sürətli davranmalı olduğunu bildirməliyik.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 916




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap