Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bayram süfrəsi bizə neçəyə başa gələcək? – Reportaj, fotolar

Tarix 06.03.19, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Novruz bayramına sayılı günlər qalıb, artıq bayram çərşənbələrinin də ikisini geridə qoymuşuq. Bu baxımdan demək olar ki, bütün ailələrdə bayram süfrəsinə hazırlıqlar aparılır. Bayram atributları olan şəkərbura, paxlava, qoğal, plov, cürbəcür milli yeməklər, çərəzlər, meyvələr bayram süfrəsinin olmazsa-olmaz təamlarındandır. Xüsusən də bayram günü süfrəyə 7 cür təam, nemət qoyulur. Cənub bölgəsində şirniyyatlar və plovla yanaşı, süfrəyə mütləq şəkildə balıq ləvəngisi, qatıqlı tərə, göy küküsü, səbzi və yaxud yarpaq dolması, şabalıd qovurması qoyulur.

Bəs bu il Novruz bayramı süfrəsi bizə neçəyə başa gələ bilər?

Araşdırma apararkən ilk öncə onu qeyd edək ki, adətən bayram süfrələrinin əksəriyyətini daha çox İrandan gətirilmiş nemət və çərəzlər bəzəyir. Bir müddət bundan əvvəl isə İranda daxili bazara çıxarılan məhsulların həcmi azalmış, əvəzində qiymətlər qalxmışdı. Ölkənin rəsmiləri qeyd edirdilər ki, ötən il aramsız yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurduğu üçün məhsuldarlıq aşağı düşüb, nəticədə meyvə-tərəvəzdə, çərəzlərdə, o cümlədən xurma, püstə kimi nemətlərin qiymtələrində bahalaşma müşahidə olunub. Məlum olduğu kimi, azərbaycanlı ticarətçilər bayram ərəfəsində əsasən İrandan bu cür nemətlər gətirib, yerli bazara çıxardırlar. Bu səbəbdən ölkəmizdə də çərəzlərin, İran nemətlərinin bahalaşması ilə bağlı gözləntilər var idi. Artıq qiymət artımı müşahidə olunmaqdadır, məsələn, İrandan gətirilən püstənin 1 kq-ı 24-30, xurma 12-24, kişmiş 8-14, ərik qurusu 12-18 manatdan satılır.

Yerli məhsulların satışında isə qismən sabitlik hökm sürür. Xüsusən də Novruz bayramı ilə əlaqədar paytaxt Bakıda Novruz yarmarkalarının təşkil etməsi bu sabitliyi qismən də olsa saxlaya bilib. Bununla da yarmarkalarda ötən il bayram ərəfəsində qiyməti çəllə-çarxa çıxan qozun ləpəsi bu il 11-16, fındıq ləpəsi 14-18, şabalıq 6 manatdan başlayaraq satılır. Digər meyvə və çərəzlərin qiyməti isə belədir, alma 50-80 qəpikdən, mandarin 1.80, portağal 1.80, banan 2.65-2.80 manatdan başlayaraq satılır. Kartof 70-80, soğan 50-60 qəpik, kök 50-90 qəpik, yumurta 14 qəpikdən satılır. Ətin qiymətinə gəldikdə isə mal əti 9.50 – 10 manat, quzu əti 11-12 manat, toyuq əti 3.80-4 manatdan satılır. Balığın qiymətinə gəldikdə isə, təəssüf ki, bayram ərəfəsində balığın qiymətlərində xeyli artım müşahidə olunmaqdadır. Məsələn, bundan əvvəl kütümün 1 kq-ı 7-8, çəki 5, nərə 18-20 manatdan satılırdısa, hazırda qiymətlər belədir: 1 kq kütüm 14-18, çəki 9-11, nərə 30-35 manatdır.

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Musavat.com-a danışıb:
“Azərbaycanda çox pis bir ənənə var ki, bayramlardan öncə qiymətlərdə həmişə süni yüksəlmə olur. Əgər xarici ölkələrdə böyük bayram ərəfəsində endirim kampaniyaları baş tutursa, Azərbaycanda Yeni il və Novruz bayramlarında əks vəziyyətin baş verdiyinin şahidi oluruq. Bu həm təlabatın artıması və psixoloji təsirlə bağlıdır.

Son zamanlarda təqaüdlərin, maaşların artırlması fonunda qiymətlərin daha da yüksəlməsi ilə bağlı gözləntilər də formalaşıb. Əlbəttə ki, bu da bazara psixoloji təsirlərini göstərir.

Təxminən 4 nəfərin bayram süfrəsini hesablamaq bir qədər çətindir. Çünki süfrələr müxtəlif olur və bu əsasən ailənin büdcəsindən asılıdır. Amma xüsusən də Novruzda ailələr bayramı imkan olduqca yaxşı keçirmək istəyir. Bunu əsas götürüb bəzi hesablamalar aparmaq olar.

Novruz bayramı tək bayram günündən ibarət deyil. Burada ən azı 4 çərşənbəni də nəzərə almaq lazımdır. Ailələr çalışır ki, bütün çərşənbələrdə bayram süfrəsi aça bilsin. İlaxır çərşənbə az qala Novruz bayramı səviyyəsində qeyd olunur. Bütün bunları nəzərə alsaq, 4 nəfərlik ailənin bayram boyunca süftə təşkil etməsi üçün ən azı 500-600 manat vəsaitə ehtiyac olacaq”.








Xəbərin oxunma sayı : 571




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap