Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bayram süfrəsi neçəyə başa gəlir? –Bazarlarda qiymətlər ötən ilə nisbətən bahalaşıb

Tarix 27.12.18, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


Yeni il yaxınlaşır, artıq əksər ailələr bayramı qeyd etmək üçün hazırlıqlara başlayıblar. Maddi imkanı yüksək olanlar daha təmtəraqlı bayram keçirmək üçün bahalı restoran və əyləncə mərkəzlərini seçsə də, əksəriyyət həmişə olduğu kimi gələn ili evində qarşılayacaq. Bəs orta statistik azərbaycanlı ailəsi üçün bayram bazarlığı neçəyə başa gəlir?

Müşahidələr göstərir ki, ölkədə il ərzində ərzaq qiymətlərində kəskin bahalaşma olmayıb. Amma qiymətlərdə az da olsa artım müşahidə olunur. Dövlət Statistika Komitəsi də bu günlərdə açıqlama verərək yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətlərinin 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin isə 2,7 faiz artması ilə bağlı məlumat yaymışdı. Qarşıdan gələn günlərdə isə qiymətlərin bir qədər artacağı ehtimal olunur.

 

Hazırda bayramqabağı ərzaq bazarında və marketlərdə də xeyli canlanma müşahidə olunur. Səbəb isə digər ölkələrdən fərqli olaraq bizdə bayram günlərində qiymətlərin süni şəkildə artırılmasıdır.

Hazırda 4 nəfərlik ailə üçün ortabab süfrəyə lazım olacaq plov üçün 1 kq düyü orta hesabla 2-5 manat, 1 kq mal və ya qoyun əti 10 – 12 manat, şabalıd 7 manat, qaysı 9 manat, kişmiş 10 manat, kərə yağı 15-18 manat arasında dəyişir.

Yeni il süfrəsinin əsas elementi olan paytaxt salatının hazırlanmasında lazım olan yumurtanın qiyməti orta hesabla 20 qəpik, yaşıl noxud 1,8-2 manat, mayonez 2 manat, toyuq filesi 2,5 manat, duzlu xiyar 2,5 manat, kartof 1 manat, yerkökü 1,70 manatdır.



Paytaxt salatından əlavə salat və digər yeməklərlə süfrəsini bəzəmək istəyənlər isə əlavə olaraq şuba salatı üçün 6 manat, tərəvəz salatı üçün 4 manat, toyuq və ya balıq ləvəngisi üçün təxminən10-15 manat xərc çəkməli olacaqlar. Beləliklə, 4 nəfərlik ailə üçün plov, dolma, paytaxt salatı, meyvə, tort və ya şirniyyat daxil ortabab bayram süfrəsinə təxminən 150-200 manat xərc çəkilir. Əlavə içkilər və yemək çeşidləri də olarsa, bu məbləğ iki dəfəyə yaxın arta bilər. (virtualaz.org)



Xəbərin oxunma sayı : 277




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap