Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bayram yarmarkaları: mal çox, müştəri yox

Tarix 26.12.19, 17:13

Font ölçüsü : - / +
bitmap-img6


Balaca, üstü qaralmış heyvalar, narlar, palçıqlı yerkökü. Qırmızı yanağını qara xallar bəzəyən almalar. Müxtəlif dərman bitkiləri, yağ, şor. Bayram yarmarkasında hər nə istəsəniz var.

Lent.az-ın əməkdaşı yolunu "Kənddən Şəhərə" qış yarmarkasından salıb.

Qeyd edək ki, dekabrın 21-dən 30-dək Bakı və Abşeronda Yeni il bayramı ilə bağlı yarmarkalar keçirilir.

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin şəhərdə təşkil etdiyi yarmarkaların sayı hazırda 5-ə çatdırılıb.

Nərimanov rayonunda, "Gənclik” metrostansiyasının yaxınlığında təşkil olunan yarmarkada müxtəlif rayonlardan gələn sahibkarlar öz məhsullarını təqdim edir.

Alıcılar azdır...

Yarmarkada alıcılar tək-tük gözə dəyirdi. Olan müştərilər isə bazarlıq etməkdən çox, məhsullara baxırdı.

"Yaxşı balım var. Tərtəmiz. Hələ bir dadına bax”

Gədəbəyli sahibkar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qaşıqla baldan doldurub dadına baxmağımı istəyir. İnsaf üçün desək, balın dadı çox yaxşı idi. Gədəbəyli sahibkar balın kiloqramını yarmarkada növündən asılı olaraq, 20-30 manat arası qiymətə satır. Arzu Tanrıquliyev deyir ki, balı yaxşıdır, amma müştərisi elə də yoxdur: "Yaxşı satış edə bilmirəm. Bal alan yoxdur. Nə vaxt bal lazım olsa, zəng edin. Ən yaxşısından gətirərəm”.

Yarmarkada xeyriyyə məqsədilə satış həyata keçirənlər də var. "Çığır”mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi daha çox özlərinin hazırladıqları şirniyyatları satışa çıxarıb. Satışdan əldə olunan vəsaiti ata-ana himayəsindən məhrum olan uşaqlar üçün xərcləyəcək.

Xaçmazın Yelgüc kəndindən gələn Cavad Ağaməmmədovun sözlərinə görə, münasib qiymətə satış etsə də, alıcı qıtlığı var: "Gətirdiyim məhsulların hamısını öz torpaqlarımızda yetişdirmişik. Bu pomidor istixanada yetişir. 80-90 qəpiyə verirəm. Narı 60, xurmanı 50 qəpiyə satırıq. Qiymətləri aşağı olmasına baxmayaraq, alıcının azlığı bizə sərf etmir. Dərmansız təbii məhsullardır. Bu məhsulları yerində bizdə alsalar, daha yaxşı olar. 5-ci həftədir satıram. Yəqin ki, zamanla müştərilər artar.

Ən ucuz qoz ləpəsi 8 manatdadır

Yarmarkada qoz ləpəsinin qiyməti 8 manatdan başlayır. 16 manata da var. Püstəni 24, ərik qurusunu 9 manata da almaq olar. Satıcı deyir ki, 1-3 manata qədər endirim edirlər: "Burada satılan istənilən məhsulun qiymətində bir manat, ən azı 60-70 qəpik fərq var”.

Satıcı qiymətlərin normal olduğunu deyir. Razı qalıb-qalmadığını alıcı Elman kişidən soruşduq: "Qiymətlər normaldır. Market qiymətləri ilə burdakında fərq var. Kənddən gətidiklərinə görə endirim də edirlər. Ərik qurusunu 9 manat 90 qəpiyə deyirsə, alanda 90 qəpik endirim edir. Bizi yola verirlər. Sağ olsunlar”.

Salyandan gələn sahibkar isə pozitivdir, alıcı qıtlığından şikayətçi deyil: "Ayın 21-dən gəlmişəm 250 kiloqram nardan 50-si qalıb. Bir manat, 1 manat 20 qəpiyə satıram. Sazan balığının kiloqramını 6 manata verirəm. Bu balığı rayonda 9-10-a satırıq. Gün ərzində 20-25 kiloqramda balıq satıram. Çaydan tutduğumuz təmiz balıqdır”.

Salyanlı satıcı deyir ki, qarpız və üzüm də yetişdirir: "Yarmarkalarda bu il 24 tona yaxın qarpız satmışam. Sağ olsunlar, hər bir şeylə təmin edirlər. Yerpulu da almırlar, bu da bizə xeyir edir”.

Balaca armudların qiyməti ilə maraqlanan iki xanım bahalığından şikayət edir. Armud bir manatadır. Süsən xanım deyir ki, marketdə baha olsa da, gözəgəlimli olur: "Bu armudlar isə çox balacadır”.

Nailə adlı xanım sıraların arası ilə o tərəf bu tərəfə gəzir. "Maraq üçün baxmağa gəlmişəm", - deyir.

Nəsə almaq fikri yoxdur. Satıcı da bunu bildiyi üçün canfəşanlıq etmir.

Kartof satan qubalı sahibkar deyir: "Elə bilirlər ki, marketdə olan çox yaxşıdır. Üstünü parladıb qoyurlar ora, sonra da baha satırlar. Marketlərdə yarım metr uzunluğunda kök satırlar. Onu yemək olur? Satışdan narazı deyiləm. Şənbə və bazar günləri 300 kiloqrama qədər kartof satdım. İki gündür satışlar zəifləyib. Yəqin ki, bayrama yaxın müştərilər artacaq”.

Qeyd edək ki, yarmarkada 5 manata inək və keçi pendiri almaq olar. 2-3 manata şor, camış qatığı, 13 manata kərə yağı, 28 qəpiyə kənd yumurtası, 13 manata hinduşka əti də var. Amma qiymətlərin aşağı olması alıcıda şübhə yaradır. Kərə yağını 13 manata satan sahibkar deyir ki, yağı ucuz verməsi müştərinin sorğu-sualı ilə nəticələnir: "Gəlib soruşur ki, niyə ucuz verirsən? Yəqin yaxşı deyil. Yumurtanı 28 qəpiyə verdiyimizə görə şübhə ilə yanaşırlar”.

Yarmarka öz işini davam etdirir. Qalır bayram süfrəsi üçün kimin nə almaq istəyəcəyinə. Alıcını da qınamalı deyil. Hamı hər yerdə nəsə satır. Marketlər, bazarlar, yarmarkalar. Seçim etməkdə çətinlik çəkirik. Əsas odur ki, sağlıqlı və keyfiyyətli məhsul əldə edə bilək.










Xəbərin oxunma sayı : 226




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap