Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Bayramov İrəvanla sülh sazişinin şərtlərini açıqladı - “Belə sənəd olmalıdır...“

Tarix 14.05.24, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


“Sülh müqaviləsi ətrafında danışıqlar prosesinə gəldikdə, deyim ki, fevral ayından etibarən intensiv danışıqlar bərpa edilib”.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Buna qədər əvvəlki müddətdə sənədlərin və şərtlərin mübadiləsi baş verirdi, sadəcə, fiziki görüşlər dayandırılmışdı. Amma Münhen, Berlin və Almatı görüşləri ilə proses davam etdirildi. Son görüş nəticəsində xeyli müzakirə aparıldı. Mən bununla bağlı detallara varmaq istəməsəm də, bu danışıqları müsbət qiymətləndirirəm”, - qeyd edib.

XİN rəhbəri onu da qeyd edib ki, gözləntilər uyğun və realist olmalıdır. C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb: “Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azərbaycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, açıq məqamları olmayan, bir müddətdən sonra yenidən müzakirə mövzusuna çevriləcək məsələlərin yer almadığı sənəd olmalıdı. Eləcə də, sözsüz, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu böyük addımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmişdik ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər. Düşünürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”.



Xəbərin oxunma sayı : 997




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap