Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bazarlarda satılan “zəhər” - turşular...

Tarix 19.11.18, 12:22

Font ölçüsü : - / +
bitmap-img6


Ekspert: “Turşuları Azərbaycanın qida rasionundan çıxarmaq lazımdır”

Qış aylarında insanlar öz qida rasionlarına müxtəlif növ turşuları (şorabaları) da salırlar. Turşular nə qədər ləzzətli olsa da, sağlamlığa zərərləri də az deyil. Eləcə də hər il turşulardan zəhərlənmə hallarına rast gəlinir.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin açıqlamasına görə, 2017-ci ildə 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib. Qida zəhərlənmələrindən 21-i botulizm hadisəsi olub, zərərçəkənlərin sayı 41 nəfər təşkil edib. Məlumdur ki, botulizm hadisələrinin əksəriyyətinə məhz turşular(şoraba)  səbəb olur. Məlumat üçün qeyd edək ki, botulizm - müxtəlif tipli bakteriyalar  və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır (zəhərlənməsidir).

Botulotoksin bütün orqanizmə təsir göstərir, ağırlıq dərəcəsinə görə yüngül, orta-ağır və ağır formaları ayırd edilir. İlkin əlamətləri mədə-bağırsaq pozğunluqları, qusma, ishal, qarında ağrılardır. Xəstədə görmə qabiliyyəti pozulur.

Bu gün Azərbaycanda həm açıq, həm də qapalı şəkildə sayda turşular satılır. Ekspertlər bildirirlər ki, bazarlarda açıq formada satılan turşular daha təhlükəlidir. Çünki onlarda müxtəlif kimyəvi reaksiyalar baş verə bilər. Məlumat üçün qeyd edək ki,  turşu tutmaq ideyası ilk dəfə soyuq ölkələrdə gündəmə gəlib. Bu da onunla bağlı olub ki, həmin bölgələrdə qış fəslində təbii meyvələr əldə etmək o dövrdə qeyri-mümkün olduğundan, insanlar turşu tutmaqla bu boşluğu doldurmaq qərarına gəliblər. Bu təklif özünü doğruldub və həmin ölkələrdə yaşayanlar qablaşdırılmış meyvə-tərəvəzlərlə öz istəklərini reallaşdıra biliblər. Zaman keçdikcə turşu bağlama ənənəsi digər ölkələrdə, o cümlədən Azərbaycanda da geniş yayılıb və bu gün də davam edir.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov söyləyib ki, ümumiyyətlə, turşulardan birmənalı şəkildə imtina etmək lazımdır: “Bazara gedən zaman görürük ki, plastik qablar götürüb, elə oradaca kələmdən turşu düzəldirlər. Hələ üzərinə kimyəvi aktiv sirkə də tökürlər. Azərbaycanın qida rasionundan  bunu birdəfəlik çıxarmaq lazımdır. Hər kəs bilir ki, badımcan, xiyar və digər turşular insanı cəzb edir, iştahı açır. İnsanı nə özünə çəkirsə, əksər hallarda o, zərərli olur. Turşular da o cümlədən zərərlidir. Əgər zəhərlənmələrin statistikasını araşdırsaq görərik ki, bunların əksəriyyətinə səbəb turşulardır. Ona görə də ev şəraitində hazırlanan turşulardan birdəfəlik imtina etmək lazımdır.

Evlərdə hazırlanan turşulardan zəhərlənmə ona görə baş verir ki, insanlar normalara əməl etmirlər. Turşulardan zəhərlənmə qədimi zamanlarda da baş verib. Lakin o zaman tibb elmi bu qədər inkişaf etmədiyi üçün qəfil dünyadan köçmənin turşudan zəhərlənmə olduğunu bilmirdilər. Sənaye üsulu ilə hazırlanan turşulardan isə təsadüfü hallarda istifadə etmək lazımdır. Ancaq bundan da imtina edilərsə, faydası var. Bir il istifadə olunmasa, ailələr onu unudacaq. Kənd təsərrüfatı məhsulları torpaqla təmasda olur. Bəzən torpaqda olan çox ciddi bakteriya turşular vasitəsilə insan orqanizminə keçir. Çünki yaxşı sterilizə edilmir. Bizim məişətdə istifadə edilən turşular tədrici və qəfil zəhərlənmənin amillərindən biridir. Mağazalarda bununla bağlı xüsusi reyd etməmişik. Ancaq bilirəm ki, sənaye üsulu ilə istehsal edilən turşular mağazalarda da satılır. Ən pis vəziyyət isə açıq bazarlardadır. Orada satılan turşulardan insan zəhərlənərsə, kim günahkar olacaq kimi məsələlər açıq qalıb. Ona görə də bazarlardan turşu almaq lazım deyil. Bu, çox təhlükəlidir. Söhbət təkcə zəhərlənmədən getmir. Turşunun insan orqanizminə zərərləri çoxdur".

Toksikoloqların açıqlamasına görə əgər pomidor turşusunun balonunda bircə pomidor çürük olsa, bu, ölüm deməkdir. Həmçinin turşu hazırlanarkən təkcə məhsulun özü deyil, onun bağlanacağı qab da bir neçə dəfə təmiz-təmiz yuyulmalı, sterilizə edilməlidir. Əgər turşu qabının qapaqları paslanmış, şişmiş vəziyyətdədirsə, ondan istifadə etmək çox təhlükəlidir.  Bundan əlavə turşu bankasının yarısına qədər istifadə edib, sonra bir müddət saxlamaq və təkrar həmin turşu ilə qidalanmaq da zəhərlənməyə səbəb olan haldır.  Bu kimi zəhərlənmələr insan orqanizmindən asılı olaraq, ölümlə də nəticələnə bilər".



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap