Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

BDYP-nin rəis müavini ilə icra başçısı “atışıb“ – Polkovnikin 300 hektar torpağı əlindən alınıb

Tarix 17.09.17, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Azərbaycanın bölgələrində fermerlərin örüş sahələrinin yerli icra hakimiyyəti orqanları tərəfindən pambıq əkilməsi üçün zorla əllərindən alınması halları artmaqdadır. Hökumətin pambıqçılığın inkişafı ilə bağlı tədbirləri nəticəsində bir sıra yüksək vəzifəli məmurların da qurbanları olur.

Belə ki, ötən illər ərzində tutduqları vəzifədən istifadə edərək, min hektarlarla əraziləri zəbt edən bir sıra yüksək vəzifəlilər indi bu torpaqları geri qaytarmaq məcburiyyətindədir. Sadə fermerlerdən fərqli olaraq isə bu şəxslər etirazlarını ifadə edə bilmir.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, bu yaxınlarda 300 hektar torpaq sahəsi əlindən alınan şəxslərdən biri də Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini, polkovnik Balakişi Əhmədovdur. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Balakişi Əhmədova məxsus Yevlax rayonunun Ərəb Bəsərə kəndi ərazisində 300 hektar topraq sahəsi onun əlindən alınaraq, pambıqçılıq üçün istifadəyə verilib. DYP komandirinin mal-qoyun sürüsünün isə durumu olduqca ağırdır və onları saxlamaq üçün otlaq sahəsi tapılmır.

Məlumatda B.Əhmədovla Yevlaxın icra başçısı Qoca Səmədov arasında ciddi konflikt yarandığı, tərəflərin telefonda bir-birinə qarşı ittiham irəli sürdüyü bildirilir.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün  Gununsesi.info-nun əməkdaşının Balakişi Əhmədova telefon zəngləri cavabsız qalıb.



Xəbərin oxunma sayı : 970




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap