Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Beş özəl xəstəxanada icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə ediləcək – SİYAHI

Tarix 11.12.19, 20:12

Font ölçüsü : - / +
bitmap-img6


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 5 özəl xəstəxana ilə müqaviləsi var”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir: “Agentliyin göndərişi ilə xəstələr özəl xəstəxanalarda icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə edə biləcəklər. Təbii ki, hər xəstəyə göndəriş verilməyəcək. Əgər xidmətlər zərfində nəzərdə tutulan, amma dövlət xəstəxanalarında həyata keçirilə bilməyən xidmət olarsa, o zaman xəstə müqaviləmiz olan özəl xəstəxanalardan birinə göndərilir. Bu zaman vətəndaş özəl klinikada heç bir ödəniş etmədən xidmətdən yararlanır. Qeyd edim ki, pilot layihə çərçivəsində 37 anadangəlmə ürək qüsurlu uşaq müxtəlif özəl və dövlət xəstəxanalarında heç bir ödəniş edilmədən əməliyyat olunub. 

Ağdaşdan olan 170 şəxs Bakıda özəl xəstəxanalarda koronar angioqrafiya (anju), ürəyə stent qoyulması əməliyyatı keçirib. Həmin vətəndaşlar heç bir ödəniş etməyib”. 

Ş. Eyvazov qeyd edib ki, gələcəkdə digər özəl xəstəxanalarla da belə müqavilələrin imzalanması nəzərdə tutulur.  /APA




Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap