Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bəşər Əsəd İsraillə sərhəddi nəzarət altına alıb –Terrorçular təslim olmağa razılaşıblar

Tarix 20.07.18, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Suriya prezidenti Bəşər Əsəd ölkəsinin İsraillə sərhədinə nəzarəti ələ almaq üzrədir. Bu, üsyançılar üzərində böyük qələbə sayılır. Onlar Rusiyayla danışıqlarda təslim olmağa razılaşıblar.

Xəbəri iyulun 19-da hər tərəfdən mənbələr təsdiqləyib.

Suriyanın İsrailin tutduğu Colan yüksəkliyi ilə sərhədə nəzarəti bərpa etməsi ölkədə üsyançıların son mövqelərindən birinin də alınması deməkdir. Rusiyanın planına görə, Suriya sərhəd regionuna nəzarətini bərpa edir, ərazi iranpərəst döyüşçülərdən təmizlənir. Bunu İsrail və Birləşmiş Ştatlar Moskvayla danışıqlarında dəfələrlə tələb edib.

Ötən ay Əsəd qüvvələri Rusiya hava zərbələrinin dəstəyi ilə Suriyanın cənub-qərbində də üsyançıları təslim olmağa məcbur edib. Artıq Əsəd İordaniya ilə sərhəd regionunun vacib bir hissəsinə nəzarət edir. Sonuncu razılaşma isə Əsəd üçün daha bir uğur sayılır. Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində 400 mindən çox adam həlak olub.

Suriya dövlət mediasının xəbərinə görə, Quneitra vilayəti üzrə razılaşma əldə olunub, iyulun 19-da axşam bir kənddən üsyançıları çıxarmağa 10 avtobus gəlib.

“Reuters” agentliyi üsyançılar içindəki mənbədən təslim razılaşmasının surətini əldə edib. Sənəddə üsyançıların Rusiyayla danışıqlar apardığı bildirilir.

TƏSLİM ŞƏRTLƏRİ

Ölkənin digər yerlərində olduğu kimi, burada da müxalif döyüşçülər ağır və ortaölçülü silahları təhvil verməyə razılaşıblar. Ərazidə qalmaq istəyənlər statuslarının dövlətin həll etməsinə razılaşırlar, yəni Əsədin idarəçiliyini qəbul edirlər.

Təslim şərtlərini qəbul etməyənlər isə regiondan çıxır, ölkənin şimal-qərbindəki İdlib vilayətinə gedir. Həmin vilayət müxalifətin nəzarətindədir. Məlumatlara görə, Colan sərhədinin kiçik bir hissəsi İŞİD ekstremist qruplaşmasının əlindədir və razılaşma onlara aid deyil.

Rəsmilər deyirlər ki, cənub-qərb kampaniyası bitincə Əsəd diqqətini nəzarətindən kənar iki hissəyə yönəldəcək. Bunlardan biri üsyançıların əlində şimal-qərb hissədir. Burada türk qüvvələrinin də olması hər hansı hərbi kampaniyanı çətinləşdirə bilər. Şimal-şərq və şərq hissə isə kürdlərin əlindədir və onları 2 mindən çox ABŞ hərbçisi dəstəkləyir.

Dəməşq və müttəfiqləri döyüşdə böyük uğur qazandıqca, BMT-nin vasitəçilik etdiyi sülh danışıqlarının şansı da azalmış görünür. Əsədin opponentlərinin fikrincə, ölkədə sabitlik yaranmalı, milyonlarla qaçqın ölkəyə qayıtmalıdır. BMT-nin hesablamasına görə, Suriyada 11 milyon adam evindən didərgin düşüb, altı milyon nəfərsə qaçqına çevrilib. (Azadlıq Radiosu)



Xəbərin oxunma sayı : 466




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap