Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bəşər Əsədin borc dərdi: Rəsmi Şam sanksiya siyahısındakı rus bankları ilə əməkdaşlıq edir

Tarix 25.01.18, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Kütləvi qırğın, etnik təmizləmə və bəşər əleyhinə cinayətlər ittihamlarına əlavə olaraq, Suriya diktatoru Bəşər Əsədə qarşı daha bir icbari iddia irəli sürülə bilər: o, borc dərdindən ölüb

“The Daily Beast”in əldə etdiyi kəşfiyyat hesabatına görə, ötən ilin oktyabr ayında idxal edilən xam neftin bir hissəsi üçün Suriya rejimi hazırda Rusiya hökumətinə 60 milyon dollar borcludur və Şam bu borcunu ödəmək üçün pulunun olduğunu iddia etsə də, bütün "nağd pul" yerli mənbələrə “bağlanıb”, odur ki, Rusiyadan növbəti xam neft partiyası endirimli qiymətə istənilir. Lakin Kreml iqtisadi cəhətdən çətin vəziyyətə düşən müştərisindən əvvəlcədən ödəniş etməsini tələb edir.

Suriya Mərkəzi Bankının müdiri Durayd Əhməd Durğam rejimin borcu və digər Suriya-Rusiya iqtisadi məsələlərini müzakirə etmək üçün dekabrın 11-də Moskvada qeyri-rəsmi səfərdə olub.

2017-ci ilin oktyabrında Moskva və Tehran Suriyaya 1 milyon barrel xam neft nəql edib. Analitiklər deyirlər ki, bu, vətəndaş müharibəsi başladıqdan sonra Suriyadakı milli istehlak səviyyəsinə uyğundur.

Hesabatda deyilir: "Rusiya tərəfindən “Promsıryoimport”… müqaviləni koordinasiya edib. Həm Suriya, həm də Rusiya 2018-ci ildə bu cür əməkdaşlığı davam etdirməyi planlaşdırırlar".

“Promsıryoimport, veb-saytındakı məlumatlara əsasən, “xarici ticarət və digər xarici iqtisadi fəaliyyət sahələrində ticarət əməliyyatları ilə məşğul olur və bu əsnada kömür, çuqun, polad və s. sənaye sahələrinin inkişafına kömək edən” Rusiyanın dövlət qurumudur.

Əsədin özgə hesabına yaşayan bədbəxt və rəzil edən ruslar, bir növ, onu döyülən, başına min cür oyun açılan oyuncağa çeviriblər.

Moskvaya gizli səfəri zamanı həm Birləşmiş Ştatlar, həm də Avropa İttifaqı tərəfindən səfərləri qadağan edilən Durğam Rusiyanın enerji naziri Aleksandr Novak ilə yanaşı, ölkənin ən böyük bankı olan “Sberbank”, habelə “Vneşekonombank”, “Rusiya Maliyyə Korporasiyası Bankı” (“Банк Российской финансовой корпорации”) və “CMR” bankının müxtəlif təmsilçiləri ilə görüşüb. O, həmçinin Rusiyanın dövlət silah satıcısı “Rosoboronexport”da görüş keçirib.

Yeri gəlmişkən, “Sberbank”, “VEB” və “Rosoboronexport” Rusiyanın müdaxiləsi və Ukraynanın işğalının asanlaşdırılmasında roluna görə ABŞ sanksiyaları altındadır.

2011-ci ildə Suriya münaqişəsinin başlaması ilə Suriya Mərkəzi Bankı çox şübhəli Rusiya maliyyə qurumları ilə işgüzar əlaqələrini genişləndirib.

2012-ci ildə “WikiLeaks” Əsəd rejiminin “hack” edilmiş elektron poçtunu açıqlayıb. Həmin sənədlərə əsasən, Əsəd rejiminin Mərkəzi Bankı təxminən 2 milyard € – 2,4 milyard $ miqdarında pulu 2014-cü ildə ABŞ-da sanksiyalı müəssisələr siyahısına əlavə edilən VTB-yə köçürüb.

Bundan başqa, 2013-cü ildə “Reuters” beynəlxalq sanksiyalardan yayınmaq məqsədi ilə Suriyanın mərkəzi və kommersiya banklarının Moskvada yerləşən "Tempbank" kimi orta səviyyəli maliyyə quruluşunda hesablar açmağa başladığını xəbər verib. Bu, "Dəməşqə Ukraynadan göndəriləcək malların və ya yeyinti məhsullarının satışı ilə məşğul olmaq imkanı yaradıb".

Əsəd rejiminin ötən il azca inkişaf etmiş iqtisadiyyatının ən böyük bir problemi hələ də hərbi əməliyyatların gedişi ilə bağlı İŞİD-dən geri almış neft yataqlarında fəaliyyətin dayanmasıdır. Beləliklə, ölkə əsasən İran və Rusiya kimi kənar satıcılardan neft və neft məhsulları idxal etmək məcburiyyətində qalıb.

2013-cü ilin iyul ayında iranlılar ayda təxminən 1 milyon barrel təşkil edən (orta hesabla gündə 60 min barrel) xam neft idxalı üçün suriyalılara 3,6 milyard dollar həcmində kredit veriblər. Bu tənzimləmə bir neçə il davam edib, amma keçən ilin yanvarında dayandırılıb və daha sonra may ayında yenidən bərpa olunub.

Ümumiyyətlə, Əsədin mollalara 6 milyard dollar borclu olduğu güman edilir.

Suriya iqtisadiyyatı üzrə mütəxəssis Devid Batterin fikrincə, rejimin Rusiyadan daha çox kredit tələb etməsi vacibdir, çünki "Durğam son vaxtlar faydalı iş görüb". Suriyanın “mühacir” nağd pulları ölkəyə qayıdır. Mərkəz Bankın rəhbərinə oktyabr ayından etibarən Suriya funtunun məzənnəsini 515-dən 434-ə endirməyə imkan verib. Bu, Rusiya xam neftinin ilk tədarükü ilə eyni aya təsadüf edir.

Batter deyir: "Durğam, həmçinin “qara bazar”ın hesabına bank valyuta dəyişmə qaydalarını yumşaldıb. Suriyanın fond bazarında keçən il 257 faizlik artım olub". Batter rusların rejimə xam neft satdığını iddia etmək üçün heç bir açıq mənbəli dəlil görmədiyini söyləyir, ancaq o, gizli razılaşmanın həqiqətə yaxın olduğunu təsdiqləyir. Çünki ötən ilin oktyabrından Suriya iqtisadiyyatı dirçəlir.

Eyni zamanda, Əsəd Şərqi Suriyadakı xam nefti Baniyasdakı əsas emal zavoduna nəql etməyə hazır vəziyyətdə deyil. Onun ələ keçirdiyi neft yataqları əsasən Fərat çayının qərbindəki vadidə yerləşir. Köhnəlmiş və dağılmış buruqları İŞİD əleyhinə mübarizədən sonra bərpa etmək çətindir. Digər, o cümlədən Hasaka əyalətindəki yataqlara ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası tərəfindən qorunan coğrafi zonada kürd paramilitar qruplarının nəzarəti altındadır.

Amma bu gün onlara sahib olmaması Əsədin çeklərə imza ata bilməməsi mənası vermir.

Batter deyir: "Rusiyadan alınan neftin xərcləri gələcəkdə Suriya nefti hesabına ödənilə bilər. Bunun nə zaman baş verəcəyi önəmli deyil, əsas odur ki, bu mümkündür".

Maykl Vays

“The Daily Beast”

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 187




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap