Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Belarus seçkisinin “mükəmməl” müşahidəçisi... - Dünya bir şey deyir, Azərbaycandan gedən deputat başqa şey

Tarix 18.08.20, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


“Seçkilərdə total seçki saxtakarlığından söhbət gedə bilməzdi”. Bunu Belarusdakı seçkilərdə Azərbaycan tərəfindən müşahidəçi qismində çıxış edən deputat Arzu Nağıyev deyib.

Deputat bir az da irəli gedərək, Belarusdakı siyasi duruma özünəməxsus təhlil də verib: “Hiss edilirdi ki, xarici polittexnoloqlar öz işlərini görür. Təsəvvür edin ki, seçkinin bitməsinə 10-15 dəqiqə qalanda məntəqəyə 30-40 seçici gəlir və bir nəfər seçki kabinəsinə daxil olur, 10 dəqiqəərzində çıxmır, süni sıxlıq yaradılır, narazılıq edənlər avtomobillərdən siqnallar verirdilər. Avtomobilləri də şəxsi deyildi, icarəyə götürülmüşdü. Yəni düşünülmüş məsələlər nəzərə çarpırdı".

Deputat qeyd edib ki, küçələrə çıxan kontingentə gələndə, onlar heç də həssas və çətin durumda olanlar olmayıb: "Əsasən Polşada, Litva və digər xarici dövlətlərdə təhsil alan tələbələr, xarici şirkətlərdə işləyənlər, Rusiya ilə biznes fəaliyyəti ilə məşğul olanlar və bu və ya digər səbəbdən iş yerlərini itirən iş adamları çoxluq təşkil edirdi".


Bütün bunları oxuyandan sonra bizim millət vəkilinin müşahidə qabiliyyətinə, ildırım sürətilə nəticə çıxarmaq bacarığına və “obyektivliyinə” yalnız həsəd aparmaq olur.

Adam bir gün ərzində hansısa bir seçki məntəqəsində oturmaqla Belarus cəmiyyətinin, siyasi və ictimai mühitinin az qala altından girib, üstündən çıxıb, onu dərindən tanıyıb və təhlil edib!
 
Özü də nə möcüzədirsə, qısa müddətdə etiraz aksiyalarına qatılanların iş yerindən tutmuş, təhsilinə, avtomobilləri icarəyə götürdüklərinə, hətta az qala nəsil-şəcərəsinə qədər məlumat toplayıb. 

Gəldiyi son nəticə isə bütün dünyanın gördüyünün, bildiyinin əksinə olaraq, “seçkilərdə total seçki saxtakarlığından söhbət gedə bilməzdi” qənaətidir. Belə çıxır ki, Azərbaycandan gedən deputat Belarus əhalisinin böyük hissəsinin, müstəqil müşahidəçilərin, hətta Belarusa ən yaxın olan Rusiya mətbuatı və təhlilçilərinin belə görə bilmədiklərini görə bilib(!).

Yəni bir növ bütün dünya bir tərəfədir, hörmətli Arzu müəllim bir tərəfdə. Artıq Belarus liderinin ən yaxın silahdaşları, tərəfdarları, iri müəssisələrin rəhbərləri, seçki komissiyalarının üzvləri, saxtalaşdırmada iştirak edən müəllimlər, hətta az qala Lukaşenkonun özü də seçkinin saxtlaşdırıldığını etiraf edir, amma bizim Arzu müəllim “nıx” deyib durub.


Minskin küçələri 10 günə yaxındır insan selilə aşıb-daşır, Lukaşenkonun yan-yörəsi onun mitinqinə müəssisələrdən yığılıb gətirilən insanlar hesabına belə 20-30 min adam toplaya bilmədikləri halda, Lukaşenkoya “get” deyilən mitinqə 100 minlərlə insan toplaşır. Hələ Minsklə bərabər digər şəhərlərdə keçirilən aksiyaları demirik.

A.Nağıyevin “müşahidələrindən” isə belə çıxır ki, bu insanların hamısı xarici dövlətlərdə təhsil alan tələbələr, xarici şirkətlərdə işləyənlər, Rusiya ilə biznes fəaliyyəti ilə məşğul olanlar və bu və ya digər səbəbdən iş yerlərini itirən iş adamlarıdır və belələrinin sayı yüzminlərlədir...(?)

Ümumiyyətlə, Belarusu da Azərbaycanın arşını ilə ölçən deputatımızın bildiyi bir şeylər var yəqin. Ola bilsin ki, A.Nağıyev Belarusdakı seçki məntəqələrində baş verənləri özünün deputat edildiyi dairədə olanlarla eyniləşdirir. Bəlkə də bu məsələdə haqlıdır. Doğrudan da, A.Nağıyevin dairəsində necə saxtakarlıq olmayıbsa, Lukaşenkonun seçkisi də bir o qədər şəffaf keçib...

Ümumiyyətlə, siyasi mədəniyyət xarici ölkədən olan müşahidəçinin hər hansı siyasi hadisə, xüsusilə seçkiylə bağlı bu cür birmənalı, qəti fikir, rəy verməsinə imkan verməməlidir. İstənilən müşahidəçi xüsusilə də belə həssas məqamlarda uzağı özünün müşahidə apardığı dairədən danışsa, nəyinsə xatirinə “biz saxtakarlıq müşahidə etmədik” desə, daha məqsədəuyğun olar.

İndiki halda isə bu cür qiymətləndirmələr ümumilikdə ölkəmiz haqqında elə həmin Arzu müəllimin bir gün ərzində “tam bələd olduğu” Belarus cəmiyyətində mənfi rəy yaratmaqdan başqa heç nəyə xidmət etmir.

Siyasətdən az-çox anlayışı olanlar bilirlər ki, hansısa siyasətçinin deyil, xalqın və dəyərlərin yanında olmaq lazımdır və siyasi münasibətlər də bunun üzərində qurulmalıdır. Çünki siyasi liderlər gəldi-gedər, xalqlar və dəyərlər isə qalıcıdır. Bizim deputat isə az qala Lukaşenkonun özündən də irəli gedərək, ortaya elə qəti, birmənalı mövqe qoyur ki, mat-məətəl qalırsan...

Yeri gəlmişkən, xatırladaq ki, hörmətli A.Nağıyev deputat kimi təmsil olunduğu Tovuzda baş verən son erməni təxribatı zamanı “bir gündə 15 nəfərin şəhid olduğuna” dair Türkiyə telekanallarından birinə tam cəfəng bir “fakt” söyləmiş, sonra da dediklərinin “texniki səhv” olduğunu bildirmişdi.

Sual yaranır ki, “qulağının dibində” baş verənlər barədə baş-ayaq danışan, düz-əməlli informasiyaya malik olmayan şəxs, bir gün qonaq olduğu uzaq Belarusdan necə obyektiv məlumat, şərh verə bilər ki?...

Bir sözlə, bu təzə-tər deputatın “qaynar nöqtələr”dən verdiyi məlumatlara bir o qədər güvənməyə dəyməz. Ona görə də, bir gün Belarusdakı seçkilərlə bağlı fikirlərinin də “texniki səhv” olduğunu desə, buna təəccüblənmərik...

AzPolitika.info   




Xəbərin oxunma sayı : 7237




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap