Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Belarusda kütləvi etirazlar davam edir - Lukaşenkoya oktyabrın 25-nə qədər vaxt verilib

Tarix 19.10.20, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 18-də Minskdə və Belarusun digər şəhərlərində onminlərlə insan küçələrə çıxaraq Aleksandr Lukaşenkonun istefasını tələb edib.

Daxili İşlər Nazirliyi gücdən istifadə olunacağıyla bağlı xəbərdarlıq etmişdi. Minsk küçələrinə hərbi yük maşınları və su vuran maşınlar yerləşdirilsə də, polis onlardan əsasən istifadə etməyib.

“Vyasna” insan haqları qrupu Minskdə azı 200 nəfərin saxlandığını bildirir. Digər şəhərlərdə 30-dək saxlanan olub.

DİN-in sözçüsü Volha Çemodanova “AFP”yə deyib ki, hüquq-mühafizəəməkdaşları polisə daş atan etirazçılara xəbərdarlıq məqsədilə rezin güllələrdən istifadə edib.

Yürüşdən bir neçə gün qabaq Daxili işlər nazirinin birinci müavini Gennadi Kazakeviç etirazçılara qarşı lazım gələrsə ölümcül silahlara əl atılacağını deyirdi. Birinci dəfə idi rəsmilərin dilindən belə bir təhdid səslənirdi, ancaq yerinə yetirilməyib.

Həftələrdir davam edən etirazlarda 12 mindən çox belaruslu saxlanıb, yüzlərlə saxlanana işgəncə verildiyi bildirilir.

Ancaq hakimiyyət etirazları dayandıra bilməyib. Bazar günü etirazlarında Lukaşenkonun həbsi tələb olunub, “Tətil!”, “Fəhlələr xalqla birlikdədir” şüarları səslənib.

Müxalifət lideri Svetlana Tixanovskaya və tərəfdarları oktyabrın 25-ni Lukaşenkanın istefası üçün son tarix elan ediblər. Lukaşenkonun uzun müddət dayağı hesab olunan fəhlələr arasında da dəstəyini itirdiyi bildirilir.

Tixanovskaya mətbuata deyib ki, “Xalq Ultimatumu”nu təkcə o deyil, müxalifət qrupları, eləcə də müxalifətin Koordinasiya Şurası, etirazların təşkilatçıları, tətil edən fəhlələr, Belarus vətəndaşları səsləndirir.

Tixanovskaya seçkidən bir gün sonra Litvaya gedib. Tərəfdarları seçkidə onun qalib gəldiyini deyirlər. (azadliq.org)



Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap