Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Belarusdan “Qazprom”a sərt cavab: “Heç bir borcumuz yoxdur“

Tarix 29.05.20, 22:44

Font ölçüsü : - / +
bitmap-img6


Belarus qaza görə Rusiyaya hər hansı borcunun olmadığını elan edib. Musavat.com xəbər verir ki, bu, Belarusun Energetika Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.

Nazirlik bəyan edib ki, Rusiyaya qaza görə nəinki 165,57 milyon dollar, heç 1 qəpik də borcları yoxdur. Açıqlamaya görə, tərəflər arasında yalnız qazın qiyməti ilə bağlı fikir ayrılığı var.

Qeyd edək ki, bu gün Rusiyanın “Qazprom” şirkəti Belarusun aldığı qaza görə 165,57 milyon dollar borcunun olduğunu açıqlayıb. “Qazprom” rəhbəri Aleksey Miller bəyan edib ki, şirkət Belarusa satılan qazın qiyməti ilə bağlı məsələyə yalnız borc ödəndikdən sonra baxa bilər.



Millerin sözlərinə görə, bu il üçün Belarusa satılan qazın qiymətində hər hansı dəyişiklik edilməyəcək. Müzakirəyə yalnız gələn ilin yanvarından etibarən satılacaq qazın qiyməti çıxarıla bilər. “Qazprom”un bu mövqeyini ifadə edən məktub bu gün Belarusun energetika naziri Viktor Karankeviçə göndərilmişdi.



Xatırladaq ki, mart ayından başlayaraq Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə dəfə Rusiya qazının onlara Avropadan baha satıldığını deyərək, qiymətin endirilməsini təklif edib. O hətta Rusiyanı onların “dərisini soymaqda” ittiham edib. Belarusdan əlavə, Ermənistan və Qırğızıstan da Rusiyadan qazın qiymətinə yenidən baxılmasını istəyiblər. Lakin Avrasiya İqtisadi İttifaqının toplantısında Putin heç kim üçün qazın qiymətində endirim edilməyəcəyini bildirib. Onun sözlərinə görə, hər üç ölkəyə qaz iqtisadi əsaslandırmaya uyğun qiymətə satılır və onlara yenidən baxılması planlaşdırılmır.

Onu da qeyd edək ki, indiyədək iki ölkə Rusiya şirkəti barədə qazın qiymətini iqtisadi əsası olmadan yüksək təyin etdiyinə görə Stokholm Arbitraj Məhkəməsində iddia qaldırıb və prosesi udub. Bunlardan biri Ukraynadır – məhkəmə “Qazprom”u onun xeyrinə 5 milyard dollara yaxın cərimə edib ki, bunun da 3 milyardı bilavasitə pul şəklində ödənilib. İkinci ölkə Polşadır – məhkəmə Rusiya nəhənginin 1,5 milyard dollar kompensasiya ödəməsinə dair qərar çıxarıb. Hazırda tərəflər ödənişlə bağlı müzakirələr aparırlar.

Maraqlıdır ki, bu ilin əvvəlindən Belarus qiymətinin yüksək olması səbəbindən Rusiya neftindən imtina edib. Qısa müddətdə Azərbaycan, Norveç, Səudiyyə Ərəbistanı və ABŞ-dan neft almağa başlayan Minskin qətiyyəti Rusiyanı qiymətdə güzəştə getməyə məcbur edib. Hazırda da Belarus Rusiyadan əlavə, Azərbaycan, Norveç və Səudiyyədən neft alışını davam etdirir. Bu təcrübə göstərir ki, Lukaşenko istənilən məqamda Rusiya qazına alternativ də tapmaqda çətinlik çəkməyəcək. Bu sahədə əsas alternativ isə Avropada boru qazından xeyli ucuz olan maye qazdır.


Musavat.com



Xəbərin oxunma sayı : 211




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap