Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bənzəri olmayan “oxşarlar” taktikası – “The Guardian”

Tarix 10.09.21, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın “The Guardian” qəzetində Rusiyada seçkilərə müdaxilənin özünəməxsus üsullarından bəhs edən məqalə dərc olunub. “Sankt-Peterburqda seçki bülletenləri – üç oxşar Boris Vişnevski” başlıqlı məqalənin müəllifi Endryu Rotdur.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Rusiyanın müxalifyönlü siyasətçiləri seçkilər zamanı onlarla eyni ad-soyadda olan namizədlərlə qarşılaşmağa artıq vərdiş ediblər: “Bu, seçki məntəqələrində seçiciləri çaşdırmaq üçün düşünülmüş bir metoddur. Ancaq indi imitasiya edənlər hətta xarici görünüşlərini də dəyişirlər.

Belə bir hadisə Boris Vişnevskinin başına gəlib. O, bu ayın sonuna Sank-Peterburq Şəhər Məclisinə təyin edilmiş seçkidə Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) namizədidir. Seçiki ərəfəsində Vişnevski xəbər tutub ki, onunla eyni dairədə rəqabət aparan iki namizəd ad-soyadını dəyişib. İndi onların da adı Boris, soyadı Vişnevskidir. “Oxşarlar” bu yolla əsas namizədin – əsl Boris Vişnevskinin səslərinin bölünməsinə çalışırlar”.

Məqalədə deyilir ki, sentyabrın 5-də seçki komissiyasının namizədlərlə bağlı hazırladığı plakatlar seçki məntəqələrinə paylananda heyrətamiz mənzərə ortaya çıxıb. Boris Vişnevski adlı üç namizədin nəinki ad-soyadındakı, hətta zahiri görünüşündəki oxşarlıq adamları çox təəccübləndirib. Namizədlərin hər üçü keçəl və saqqallıdır.

Onlardan birinin – əsl Boris Vişnevskinin dostu “Facebook” səhifəsində yazıb: “Əsl Vişnevskini necə tanımağın ən asan yolu budur: o, şəkil çəkdirəndə özünü əziyyətə salıb qalstuk da taxıb”.

“The Guardian”ın məqaləsində “Yabloko”nun namizədi Boris Vişnevskinin açıqlamasına da istinad edilir: “Vişnevski deyir ki, bütün bunlar seçiciləri təxribata çəkmək, onların karıxıb saxta namizədlərə səs verməsinə nail olmaq məqsədi güdür”.

“The Guardian” qəzeti digər Vişnevskilərlə əlaqə yaratmağın və onlardan açıqlama almağın mümkün olmadığını yazır.

Əsl Vişnevski isə qəzetə deyib ki, rəqibləri özlərini ona oxşatmaq üçün bığ-saqqal uzadıblar, üstəlik, seçki komissiyasına özlərinin fotoşop proqramı ilə təhrif edilmiş təsvirlərini təqdim ediblər.

Seçkiyə qədər adı Viktor Bıkov olmuş saxta Vişnevskilərdən birinin hətta məqsədli şəkildə başını qırxdırdığı məlum olub. Onun rəqəmsal texnologiyanın köməyilə fotoşəkildə saçının xəttini dəyişdirdiyi də bildirilir.

Gördüklərindən heyrətə gələn əsl Vişnevski heç vaxt bu cür hadisə ilə rastlaşmadığını vurğulayıb. O qeyd edib ki, belə bir siyasi taktikanı yalnız “siyasi fırıldaqçılıq” adlandırmaq olar.

Müəllif Endryu Rot yazır: “Vişnevskinin siyasi rəqiblərindən olan Viktor Bıkovun şəkil çəkdirmək üçün öz xarici görünüşündə dəyişiklik etdiyi danılmazdır. Belə ki, indi “keçəl” olan Viktor Bıkovun internetdə gur saçlı fotosu var və həmin fotoda o, nisbətən cavan görünür.

Boris Vişnevskinin eyni ad-soyadlı digər rəqibinin seçkiyə qədərki ad-soyadı, yəni əsl ad-soyadı Aleksey Şmelyov olub. Onun barəsində çox az məlumat var. Onun əvvəllər Sankt-Peterburqda yerləşən ticarət şirkətlərinin birində satış meneceri işlədiyi deyilir.

Vişnevskinin rəqibləri seçicilər qarşısına çıxmadıqlarından, açıq təşviqat kampaniyası aparmadıqlarından şəkilləri plakatlarda görünənə qədər onların zahiri görünüşləri haqda kimsədə təsəvvür olmayıb. Heç indi də bu məsələ adamlara tam aydın deyil”.

Məqalədə bildirilir ki, Vişnevski rəqiblərinin bu cür davranışının motivini dəqiq izah edə bilmir. Ancaq o, “The Guardian”a açıqlamasında belə bir fikir söyləyib: “Düşünürəm ki, onlar özlərini havayı rüsvay etmək istəməzlər”.

Endryu Rot məqaləsinin sonunda yazır: “Hakim Vahid Rusiya Partiyasına qarşı güclənən müxalifət dalğası və Kommunist Partiyasının bu prosesə dəstəyinin güclənməsi yəqin ki, hökuməti qorxuya salıb. Oxşarların namizədliyi isə gərgin mübarizədə bir xeyli səsi kənarda qoya bilər”.

Məqalədə o da vurğulanır ki, Vişnevskinin rəqibləri öz ad-soyadlarını qanuni yolla dəyişdiriblər. Namizədlərin yalnız ata adları fərqlidir: əsl Vişnevski Lazareviç, digərləri İvanoviç və Gennadyeviçdir.



Xəbərin oxunma sayı : 874




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap