Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bənzərsiz təbii şəfa mənbəyi - Duzdağ Fizioterapiya Mərkəzi

Tarix 16.10.18, 0:12

Font ölçüsü : - / +
bitmap-img6


Bəşəriyyətin beşiyi Naxçıvan, həqiqətən də, sirli-sehrli bir diyar, möcüzələr məkanıdır. Onun özünəməxsus coğrafi relyefi və təbiəti var. Burada yay fəsli quru kontinental iqlimlə müşahidə olunur, qışda isə əksinə, sərt şaxtalı hava hakim kəsilir. Dağlıq və dağlıq-düzənlik ərazilərə malik olan muxtar respublikanın relyefi özünün cazibədarlığı ilə seçilir.

Bu qədim diyarın köksündə vüqarla dayanmış dağların alt qatlarında nələr yoxdur ki?! Onlarla növdə tikinti materialları üçün xammal yataqlarından tutmuş duz laylarınadək, müxtəlif metal yataqlarından mineral tərkibli bulaqlaradək bəşər övladının istifadəsinə verilmiş saysız-hesabsız zənginliklər. Duzdağ mağarası isə Uca Yaradanın bəşəriyyətə böyük bir ərməğanıdır. Çünki burada dövrümüzün bəlası hesab edilən bronxial-astma xəstəliklərini ana təbiətin özü müalicə edir. Həm də heç bir əks-təsiri olmadan.

Naxçıvanın duz tarixi

Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olub. Aparılan tədqiqatlar da belə deməyə əsas verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanıb. II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh Peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd ediblər. Təbii ehtiyatları 90 milyon ton olan Duzdağda mənbələrə görə, Nuh Peyğəmbərin dövründən duz çıxarılmağa başlanılıb. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınıb. Etnoqrafik məlumatlara əsasən, Duzdağdan açıq üsulla duz çıxarılması XX əsrin ortalarına qədər mövcud olub. Sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən başlayaraq duz çıxarılıb. Bu dağ təkcə saf və təmiz duzuna görə deyil, yuxarıda da qeyd etdiyimiz kimi, həm də şəfaverici xüsusiyyətinə görə tanınıb. 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağ ciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar.

Oksigen və zəngin duz mineralları ilə zəngin məkan

Yer altındakı duz dağının qalınlığı 8,2 metrə bərabər olan mərkəzdə oksigen və zəngin duz minerallarının yaratdığı hava bir çox xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Dəqiq qeyd etsək, burada duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağ ciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində xüsusi rol oynayır. Havanın temperaturu isə sabitdir – 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.

Bronxial-astma xəstələrinin ümid yeri

Vaxtilə burada müalicə almaq üçün lazımi şərait yox idi. Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük diqqəti və qayğısı sayəsində 2008-ci ildən mərkəzdə pasiyentlər, tibbi və digər personal üçün hərtərəfli müasir şərait yaradıldı və bura ağ ciyər xəstəliklərindən əziyyət çəkənlərin ümid yerinə çevrildi. Təsadüfi deyil ki, son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında xəstə qəbul edir.

Mərkəzdə ölkəmizin dəniz sahili və rütubətli bölgələri olan Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Quba, Qusar, Qəbələ, Şəmkir, Goranboy, Bərdə, Yevlax, habelə Lənkəran və Masallıdan, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Özbəkistan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə, Fransa kimi bir sıra xarici ölkələrdən gələn insanlar yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün əlverişli imkan tapırlar.

Onu da deyək ki, bəzi xarici ölkələrdə də Duzdağda olduğu kimi, təbii müalicə məkanları var. Məsələn, Polşanın Krakov şəhərində, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində, o cümlədən Qırğızıstanda duz şaxtası mövcuddur. Ancaq möcüzələr diyarı Naxçıvandakı Duzdağ öz müalicəvi əhəmiyyətinə görə digərlərindən çox fərqlənir və bir neçə cəhətdən üstündür. Məsələn, bunlar arasında ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana yerin 206 metr dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətlərinin pisləşməsinə gətirib çıxarır. Bu şaxtada rütubətin, partlayıcı gücə malik metan kimi zəhərləyici qazların normadan çox olması da ciddi fəsadlara yol aça bilər. Naxçıvandakı şaxtalar isə dağın altında horizontal şəkildə yerləşdiyindən bu kimi halların baş verməsi mümkün deyil. Burada havada zərərli qazlar birmənalı şəkildə yoxdur. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi, “duz tuneli” oksigenlə zəngindir. Buraya gələn xəstələrin, təxminən, 300 metr məsafəni yeriyərək qət etməsi isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır. Məhz buna görə də hər il minlərlə insan Naxçıvana – Duzdağ Fizioterapiya Mərkəzinə üz tutur, burada şəfa tapır. Eyni zamanda, Duzdağın və Naxçıvan şəhərinin qədim tarixi, burada yaradılmış Duz Muzeyi də tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl fürsət deməkdir.

Əshabi-Kəhf mənəvi saflıq, Duzdağ isə şəfa bəxş edir

Təbii şəfa mənbəyinin Naxçıvanda yerləşməsi təsadüfi ola bilməz. Axı, Nuh Peyğəmbərin diyarı olan Naxçıvan tarixən bəşəriyyətin xilas yeri kimi xatırlanıb. Əshabi-Kəhf ziyarətgahının, imamzadələrin, nəhayət, Peyğəmbər məzarının olduğu bu müqəddəs torpaqda insanlara əzab verən xəstəlikləri müalicə edən təbii şəfa mənbələrinin olması çox şeyi izah edir. Duaların qəbul olunduğu məkan Əshabi-Kəhf bizə mənəvi saflıq, Duzdağ isə şəfa bəxş edir. Necə deyərlər, Böyük Yaradan Naxçıvandan möcüzələrini, heç bir maddi və mənəvi zənginliyi əsirgəməyib(azərtac).



Xəbərin oxunma sayı : 493




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap