“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Benzin üçün gömrük rüsumu ləğv edildi – Ucuzlaşma olacaq?

Tarix 01.03.24, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, ötən gün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan benzin üçün aksiz vergisi kəskin azaldılıb və gömrük rüsumu ləğv edilib. Çoxları bunun ölkəmizdə yanacağın ucuzlaşması ilə nəticələnəcəyinə ümid etsələr də, bu qərarın verilməsi səbəbi tamamilə başqadır.

AzFakt.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində benzinin və dizel yanacağının ucuzlaşacağı ilə bağlı ümidlənməyə dəymədiyini bildirib: 

1) Bu qərar aviakerasinə və Aİ95, Aİ98-ə aid deyil.

2) Qərar ancaq Aİ92 və dizel yanacağına aiddir.

3) Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır. Ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tədbiq edilir ki, bahalaşma olmasın.

4) Bir daha və daha sadə: Bu qərardan sonra benzin UCUZLAŞMAYACAQ, sadəcə BAHALAŞMASIN deyə belə bir qərar alınıb.

5) 170 illik neftçıxartma və emalı tarixi olan məmləkətimiz hələ də özünü benzinlə təmin edə bilmir. Aİ95, Aİ98 markalı benzin ümumiyyətlə istehsal edə bilmirik, Aİ92 istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ95-in bir hissəsini Gürcüstandan idxal edirik, təsəvvür edirsinizmi?!



Xəbərin oxunma sayı : 1063




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap