Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bərdə icra başçısı müavinin oğlu atasının pullarını belə reklam edir- FOTOLAR

Tarix 09.08.19, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


İlham Məmmədovun oğlu Nicat Məmmədov sosial şəbəkələrdə dəbdəbəli yaşam tərzini paylaşmaqla sanki atasının dövlətin pullarını necə mənimsəməsini reklam edir...

Prezident İlham Əliyevin daxili siyasətində prioritet istiqamət vətəndaşların sosial-rifah hallarının yüksəldilməsi və məmur-vətəndaş münasibətlərində səmimiliyin, nəzakətliliyinin ilk sırada olması aksiomadır. Sadə davranışları, yaşamı ilə daim ölkə məmurlarına nümunə olan dövlət başçımız bütün rəsmi iclaslarda, dövlət tədbirlərində övladları, qohumları harınlıq nümayiş etdirən məmurlara dəfələrlə sərt xəbərdarlıq edib. Ancaq təəssüflər olsun ki, Prezidentin bu xəbərdarlığından nəticə çıxarmayan məmur qahumları, övladlar hələ də var.

Belə məmurlardan biridə Bərdə İcra Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədovdun övladıdır. 

AzFakt.com-un elektron poçtuna Bərdə sakinlərindən daxil olan məlumatda vurğulanır ki, başçı müavini İlham Məmmədovun oğlu Nicat Məmmədov Instaqram sosial şəbəkəsində dəbdəbəli yaşam tərzini paylaşmaqla atasının dövlətin pullarını necə oğurlamasını bir növ reklam edir. 
AzFakt.com saytının Instaqram sosial şəbəkəsində apardığı araşdırmada məlum oldu ki, həqiqətəndə İlham Məmmədovun oğlu Nicat Məmmədova məxsus nicat__333 profili fəaliyyət göstərir. Başçı müavinin oğluna məxsus profilə nəzər saldıqda isə burada Nicat Məmmədovun bir neçə müxtəlif bahalı avtomobillərlə fotoları ilk növbədə nəzərə çarpır. 
AzFakt.com-a yazan Bərdə sakinləri bildirirlər ki, Nicat Məmmədovun Instaqram sosial şəbəkəsində paylaşdığı bahalı avtomobillər İlham Məmmədovun ailəsinə məxsusdur. 

Məlumatda qeyd edilir ki, bir neçə il öncə Nicat Məmmədovun sosial şəbəkədəki dəbdəbəli yaşam tərzi ilə bağlı bəzi fotoları mətbuatda dərc edildikdən sonra başçı müavinin oğlu profilini bağlamışdı. Daha sonra isə profilini yalnız dostları üçün açan Nicat Məmmədov sonradan dəbdəbəli həyat tərzini yenidən hamıya göstərmək qərarına gəlib.

AzFakt.com saytı olaraq Bərədə sakinlərinin verdiyi məlumata və Nicat Məmmədovun profilinə istinad edərək deyə bilərik icra başçısının müavini İlham Məmmədovun ailəsinə məxsus 4 (dörd) avtomobil var. Bunlar "Mersedes-Bens", "Lexsus" "Prado" və "Niva" markalı avtomobillərdir. 
Niva marasını çıxmaqla yerdə qalan 3 (üç) avtomobilin qiyməti üst-üstə təxminən 200 min manata yaxındır. Gördüyünüz kimi başçı müavinin oğlu Nicat Məmmədovun hansısa bir işdə işləyərək bu qədər avtomobilin pulunu əziyyətlə qazanması heçdə inandırıcı deyil. Bərdə rayonunda hər kəs yaxşı bilir ki, Nicat Məmmədovun sosial şəbəkədə rekal etdiyi avtomobillər və gedib gəzdiyi istirahət mərkəzlərinin pulları başçı müavini olan atası İlham Məmmədovun "qazanc"ıdır. İllərdir Bərdə İcra Hakimiyyətində başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postunda işləyən İlham Məmmədov tutduğu vəzifənin sayəsində "kiçik oliqarxa" çevrilib desək heçdə yanılmarıq. 

Bunun əyani sübutu kimi isə təkcə oğlu Nicat Məmmədovun Instaqram sosial şəbəkəsində paylaşdığı dəbdəbəli yaşam tərzini göstərmək olar. 






















Xəbərin oxunma sayı : 1237




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap