“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bərdədə seçkiyə müdaxilə - İcra başçısı Rövşən Sadıxova gizli dəstək verir?

Tarix 23.01.20, 12:59

Font ölçüsü : - / +
bitmap-img6


9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı artıq qeydiyyata alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində bir çox dairələrdə icra hakimiyyətlərinin namizədlərə açıq şəkildə dəstəkləri müşahidə olunmaqdadır. Belə dairələrdən biridə 93 saylı Bərdə şəhər seçki dairəsdir.

Secki.net-ə daxil olan məlumata görə 93 saylı Bərdə şəhər dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən bitərəf namizəd, “Fiber Karton” MMC-də icraçı direktoru Sadıxov Rövşən Əbülfəz oğluna Bərdə icra başçısı Vidadi İsayev gizli şəkildə dəstək verdiyi barədə məlumatlar yayılıb. Sosial şəbəkədə yayılan məlumatlara əsasən icra başçısı Vidadi İsayev Rövşən Sadıxovu gizli şəkildə dəstəkləməsi üçün namizəddən xeyli miqdarda “şirinlik” də alıb.

Belə ki, Rövşən Sadıxovun keçirtdiyi bir çox görüşlərdə kənd icra nümayəndələri və bələdiyyə üzvülərinin canfəşanlıq etməsi buna bariz nümunələrdən biridir.

Bərdə sakinlərinin iddiasına görə Vidadi İsayev icra strukturlarına gizli şəkildə Rövşən Sadıxova dəstək verməyi tapşırmaqla bərabər onlara xatırladıb ki, hər an hər şey dəyişə bilər, namizədi “yuxarılar” ciddi şəkildə dəstəkləyir.

Bərdənin rayon idarə və müəssisələrində dolaşan məlumatlara görə Rövşən Sadıxov 93 saylı Bərdə şəhər seçki dairəsinin gizli favoritidir.

Bərdəlilərə məxsus facebook səhifələrində isə bərdəlilər heç kəsin tanımadığı Rövşən Sadıxovun görüşlərinə birdən-birə xeyli vətəndaşın “təşrif” buyurması müəmamalı məsələ adlandırıblar.

Rövşən Sadıxov isə müxtəlif saytlara palaz-palaz müsahibələr verərək Bərdəlilərin əsl deputatı olacağı vədini verir…



Xəbərin oxunma sayı : 667




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap