Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bərzani Bağdadı hədələdi:“Referendumu tanımasalar bu Kürdüstan dövləti ilə nəticələnə bilər”

Tarix 11.09.17, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


“Müstəqillik referendumunun nəticəsi Bağdad tərəfindən tanınmasa bu gələcək Kürdüstan dövlətinin sərhədinin çəkilməsi ilə nəticələnə bilər”

Strateq.az BBC radiosuna istinadən bildirir ki, bu sözləri İraq Kürdüstan regionunun prezidenti Məsud Bərzani bildirib. Kürdüstanın müstəqilliyinə dair referendum bu ayın sonunda keçirilməlidir. Məsud Bərzani BBC-ə deyib ki, əgər kürdlər İraqdan ayrılmaq barədə qərar qəbul etsələr, o, mərkəzi hökümətlə sövdələşmə yolu ilə bu məsələni həll etmək istəyərdi. İraqın Baş naziri referendumu qeyri-konstitusiya hərəkəti kimi rədd edib.

Barzani eləcədə xəbərdarlıq edib ki, kürdlər Kərkükdə "reallığı" dəyişmək istəyən istənilən qrupla döyüşməyə hazırdırlar: "Referendumdan sonra  sərhəd, su və neftə dair razılıq əldə etmək üçün Bağdadla danışıqlar başlayacaq.  Biz bu addımları attacağıq, lakin onlar bunu qəbul etməsə, vəziyyət tamam başqa olacaq".- deyə Bərzani BBC-ə bildirib.

Neftlə zəngin olan Kərkük şəhərinə hazırda Kürd peşmergə qüvvələri nəzarət edir. Bu şəhərdə böyük ərəb və türkman icmaları yaşayırlar. Şiə silahlıları Kərkükün müstəqil Kürdüstanın bir hissəsinə çevrilməsinə imkan verməyəcəklərini bildiriblər. Kürdlər Yaxın Şərqdə sayca dördüncü ən böyük etnik qrup sayılır. Lakin onların dövləti heç zaman olmayıb.

Onlar 37 milyonluq İraqda əhalinin 15-20 faizini təşkil edirlər. Onilliklər ərzində onlar ərəblərin üstünlük etdiyi hökümətlər tərəfindən təqiblərə məruz qalıb. 1991-ci ilin Körfəz müharibəsindən sonra onlara muxtariyyət verilib.



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap