Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Beyl “Real“dan gedir - Zidan açıqladı

Tarix 21.07.19, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


"Real"ın yarımmüdafiəçisi Qaret Beyl bu yay komandadan ayrılacaq.

Qol.az-ın "ESPN" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan Beynəlxalq Çempionlar Kubokunun "Bavariya" ilə oyunundan (1:3) sonra jurnalistlərə açıqlamasında məlumat verib. Uelsli futbolçunun Münhen klubuna qarşı oynamamasının səbəbi haqda danışan fransız mütəxəssis bunun 28 yaşlı oyunçunun mümkün gedişi ilə bağlı olduğunu bildirib:

"Beyl oynamadı, çünki komandadan ayrılmağa çox yaxındır. Ümid edirik ki, o, tezliklə gedəcək. Bu, hər iki tərəf üçün də ən yaxşı qərar olacaq. Biz onun başqa komandaya transferi üzərində işləyirik. Mənim onunla şəxsi heç bir problemim yoxdur. Amma artıq lazım olanı etməyin vaxtı çatıb. Qərar verməli, dəyişiklik etməliyəm. Onun gedişi baş məşqçinin qərarıdır. Eyni zamanda, futbolçu özü də komandadakı vəziyyətini başa düşür. Deyə bilmərəm, bu, bir və ya iki sutka çəkəcək, ancaq tezliklə hər şey həllini tapacaq. Bu isə hər iki tərəf üçün yaxşı haldır".

Qeyd edək ki, "Real"ın Beylə görə 80 milyon avro təzminat istədiyi bildirilir. Futbolçunun sabiq klubu "Tottenhem"ə keçəcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 325




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap