Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Beyləqanda şirkətdən 89 min manat oğurlayanlar saxlanıldı - FOTO

Tarix 14.12.20, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən şirkətlərin birindəki kassadan 89 000 manat məbləğində pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılıblar. Dindirilmə zamanı şirkətin əməkdaşı kimi fəaliyyət göstərən V. Pənahlının pulu oğurlayaraq İ. Nərimanova verməsi müəyyən edilib. 

İ. Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi - 41000 manat və 1680 ABŞ dolları maddi sübut kimi götürülüb. 

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Oğurlanmış məbləğin digər qisminin də müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.








Xəbərin oxunma sayı : 1933




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap