Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Beyləqanda məmur oğlu babanı bıçaqladı, bacısı qızını oğurladı -Şok

Tarix 02.11.17, 0:07

Font ölçüsü : - / +
bitmap-img6


Zərəçəkmiş şəxsin oğlu Fərid Cavadov atasını keçmiş qaynı, Xocavənd rayon Kənd Təsərrüfatı İdarəsi müdirinin oğlu Yaşar Mustafayev tərəfindən bıçaqladığını bildirir

Beyləqandan  AzFakt.com-a daxil olan məlumata görə dünən saat 13:00 radələrində rayonda fəaliyyət göstərən Namiq Allahverdiyev adına 1 saylı orta məktəbin yaxınlığında vətəndaş Vaqif Cavadova bir neçə nəfər hücum edərək xəsarət yetiriblər. 

Hadisə nəticəsində Vaqif Cavadovun bədəninin müxtəlif yerlərinə Yaşar Mustafayev tərəfindən bıçaqla xəsarət yetirildiyi bildirilir. Məsələ ilə bağlı saytımıza məlumat verən Vaqif Cavadovun oğlu Fərid Cavadov bildirdi ki, hadisə dünən saat 13:00 radələrində baş verib: 

"Hadisə atam birinci sinifdə oxuyan qızımı məktəbdən evə gətirən zaman baş verib. Keçmiş qaynım Yaşar Mustafayev və bir neçə dostu  atamın çənə, kürək və ayaq nahiyəsinə zərbələr endirib və qızımı atamın əlindən zorla alaraq qaçırıb.

Mən iki ilə yaxındır həyat yoldaşımdan boşanmışam. Münaqişənin əsas səbəbi 7 yaşlı qızım Nuranənin mənim yaşadığım ərazidə fəaliyyət göstərən 1 saylı orta  məktəbdə oxumasıdır. Mənim də təhsil aldığım Namiq Allahverdiyev adına 1 saylı orta məktəb Beyləqan rayonunda təhsil səviyyəsinə görə ən yaxşı tədris ocaqlarından biridir. Ancaq Mustafayevlər ailəsi bu qərarıma qarşı çıxdılar və uşağın təhsil səviyyəsi aşağı olan məcburi köçkün məktəbində oxumasını istəyirlər. Məktəb probleminə görə ailələlər arasında söz söhbət yaranıb. Keçmiş qaynım Yaşar Mustafayevin də bir neçə dostu ilə atama hücum etməsi bu söz söhbətlə bağlıdır". 

Fərid Cavadov qeyd elədi ki, baş verən hadisə ilə bağlı Daxil İşlər Nazirliyinin 102 xidmətinə və Prokroluq orqanlarına müraciət etmişik və hazıda Beyləqan Polis Şöbəsində araşdırmalar aparılır. 

Bildirək ki, Beyləqan rayon sakini Vaqif Cavadova xəsarət yetirən Yaşar Mustafayev Xocavənd rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Rəfail Mustafayevin oğludur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

AzFakt.com



Xəbərin oxunma sayı : 2968




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap