Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

Beynəlxalq Agentlik Azərbaycanın reytinqini qaldırmayıb –“Biz bu cür reytinq ilə razı deyilik“

Tarix 12.04.19, 22:41

Font ölçüsü : - / +
bitmap-img6


“Moody’s Investors Service” (“Moody’s”) Azərbaycan hökumətinin uzunmüddətli emitent və təminatsız borc reytinqini təsdiq edib.

FED.az xəbər verir ki, Azərbaycanın reytinqi “Sabit” proqnozla, “Ba2” səviyyəsində təsdiq edilib. Bundan öncə də Azərbaycanın reytinqi “Ba2” səviyyəsində və “stabil” proqnozla təsdiq edilmişdi. Beləliklə, Agentlik Azərbaycanın reytinqini qaldırmayıb.

“Moody’s” qeyd edib ki, “Sabit” proqnozu saxlamaq qərarı balanslaşdırılmış riskləri əks etdirir. Qeyd ki, Maliyyə Nazirliyi beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycana verilən reytinqlərdən razı deyildi.  “Biz Azərbaycanın reytinqlərinin ətraflı təhlil etdik və hesab edirik ki, son dövr ərzində göxtəricilərimiz mühüm dərəcədə yaxşılaşıb. Görürük ki, reytinqlərimiz daha yüksək ola bilərdi”, deyə Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursaqulov vurğulamışdı.

Azərbaycanın maliyyə naziri Samir Şərifov isə hesab edir ki, Azərbaycanın reytinqi bir pillə qaldırılaraq, “BBB-”ə qədər yaxşılaşmalıdır.

“Hazırda hər üç aparıcı reytinq agentliyinin Azərbaycan üzrə kredit reytinqi “BB+” səviyyəsindədir, proqnoz “stabil”dir. Biz bu cür reytinq ilə razı deyilik. Hesab edirəm ki, milli valyutanın devalvasiyasından sonra (2015-ci ildə -İF) fəaliyyətimiz, bank sektorunun sağlamlaşdırılmasında əldə olunan irəliləyiş reytinq agentlikləri tərəfindən adekvat qiymətləndirilməyib”, – S.Şərifov bildirib.



Xəbərin oxunma sayı : 682

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda