Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki: “Seçkiyə qədər Paşinyanın Qarabağla bağlı mövqeyi məlum olmayacaq”

Tarix 04.06.18, 2:12

Font ölçüsü : - / +
bitmap-img6


Nikol Paşinyanın gözlənilmədən hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda müsbət dəyişikliyə yol aça biləcəyi ilə bağlı müəyyən ümidlər yaradıb

Lakin bu ümidlər nə qədər realdır?

Strateq.az xəbəbr verir ki, “Chatham House” araşdırma mərkəzinin eksperti, Beynəlxalq Böhran Qrupunun analitiki Zaur Şiriyev “BBC Azərbaycanca”ya müsahibəsində Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini xatırladaraq, Paşinyanın taleyinin yalnız bu seçkilərdən sonra müəyyən olunacağını deyib.

Bu səbəbdən, o, seçkilərədək Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqe tutmasının məlum olmayacağını bildirib.

“Onların Sərkisyandan fərqli yanaşmaları ola bilər, – kompromisə daha yaxın, vəziyyəti daha real qiymətləndirən, – amma bunu biz yalnız seçkilərdən sonra görə bilərik”, – Şiriyev deyib.

O, Ermənistan parlamentində çoxluq təşkil edən və Paşinyanın əsas rəqibi olan Ermənistan Respublikaçı Partiyasının (ERP), Paşinyanın ictimai nüfuzuna Dağlıq Qarabağ münaqişəsi vasitəsilə mənfi təsir göstərməyə imkanlarının olduğunu bildirib.

“Ona görə də onlar öz ritorikalarında müəyyən qədər aqresivlik nümayiş etdirdilər, çünki göstərməyə çalışdılar ki, Dağlıq Qarabağ münaqişəsinə onların mövqeyi fərqli deyil”, – cənab Şiriyev qeyd edib. Lakin o, Paşinyanın əvvəlki sərt ritorikasının getdikcə “normallaşdığını” da vurğulayıb.

Z.Şiriyev bildirib ki, Paşinyanın Qarabağla bağlı 2016-cı ildəki sərt çıxışlarının, şəxsi mövqeyindən daha çox, Sərkisyan hökumətinə qarşı bir üsul olaraq istifadə olunub, lakin eyni zamanda Paşinyanın 2008-ci il Ermənistandakı prezident seçkilərində keçmiş prezident Levon Ter-Petrosyanla eyni komandada olması “onların Dağlıq Qarabağ münaqişəsinin həllində fikirlər bölüşdükləri mənasına da gəlmir”.

Ekspert Paşinyanın Ter-Petrosyanla keçmiş müttəfiqliyini əsaslandırdığı səbəbin, siyasi mövqedən çox. hakimiyyətdəki qüvvələrə qarşı mübarizə aparmaq üçün praqmatik bir seçim olduğunu qeyd edib.

O, həmçinin qeyd edib ki, “hökumət hazırda Dağlıq Qarabağ münaqişəsində daha fərqli mövqe nümayiş etdirmək üçün yetərli mandata malik olmadıqlarını da düşünə bilərlər.”

Z.Şiriyevin sözlərinə görə, mayın 15-i Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk Qrupu ilə Parisdəki görüşünə qədər, Ermənistan tərəfindən hər hansı bir görüş barədə bir məlumat və ya reaksiya yox idi: “Yalnız Azərbaycan tərəfi görüş keçirəndən sonra, ATƏT Minsk Qrupu həmsədrlərinin təsirilə artıq Ermənistan tərəfi razılıq verib ki, iyun ayında ATƏT Minsk Qrupu ilə Ermənistan xarici işlər naziri arasında görüş baş tutsun”.

Paşinyanın Dağlıq Qarabağ münaqişəsindən mənfəət əldə etmədiyini qeyd edən cənab Şiriyev bunun Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib. Lakin o, Ermənistanda yeni hökumətin münaqişənin həllinə mənfi təsiri olduğunu da bildirib: “Mənfi təsir odur ki, yanvar ayında xarici işlər nazirlərinin görüşü baş tutmuşdu və orada bəzi məsələlər müzakirə olunmuşdu və hətta bəzi məsələlər üzrə razılıq əldə edilmişdi”.

O, hər iki ölkədə seçkilərin aprel ayında baş verdiyinə görə, yanvar ayındakı danışıqların daxili sabitlik şəraitində davam edəcəyi təəssüratı yarandığı, lakin Ermənistandakı hökumət dəyişikliyinin bu prosesə mənfi təsir göstərdiyini deyib.

Ekspert hazırda iki ölkə arasında əlaqələrin olmadığını deyərək, bu müddətdə anlaşılmazlıqların yaranması təhlükəsinin də mövcud olduğunu və bunun cəbhə xəttində problemlərə səbəb olması təhlükəsi yaratdığını deyib.



Xəbərin oxunma sayı : 355




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap