Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Beynəlxalq Bankın bütün layihələri məhv edildi! – Sensasiyalı faktlar

Tarix 10.02.18, 5:28

Font ölçüsü : - / +
bitmap-img6

Bankın sərmayələri ilə mənfəətəçıxan müəssisələr Cahangir Hacıyevdən sonra müflisləşdirilərək oliqarxların nəzarətinə keçib

Azərbaycanda bank sektorunun ötən ilki statistik göstəriciləri açıqlanıb. Məlum olur ki, 2017-ci ildə ölkə banklarının faiz gəlirləri 1 775,2 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 11% azdır. Maliyyə böhranı, xüsusilə bank sektorunda yaradılan vəziyyət ölkədə bir çox əhəmiyyətli layihələrin dayanmasını şərtləndirib. Əsas da Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyələşdirdiyi iri büdcəli layihələr hazırda ya dayanıb, ya da benefisiarları dəyişdirilib. Nəticədə qeyri-neft sektoruna aid olan müəssisələrə ciddi zərbə dəyib.

Bankın  zərərləri 2 milyarddan 12,5 milyard manata necə qalxdı?

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov ABB-dən alınan kreditlər üzrə edilən yatırımların qeyri-rentabelli layihələrə xərcləndiyini bildirmişdi. Lakin bankın idarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyev həmin layihələrin qəsdən dayandırıldığını barəsində keçirilən məhkəmə proseslərinin az qala hamısında dilə gətirirdi. O, layihələrin iflasa uğradılmasını qeyri-peşəkar menecmentlə əlaqələndirirdi. Mətbuata ünvanladığı müraciətində də Hacıyev deyib ki, ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirdi. Onun 70 faizi dövlət və dövlət sifarişlərini icra edən təşkilatlara verilən kreditlər olub. Özəl müəssisələrin layihələrinə yönəldilən investisiyaların payı təxminən 2 milyard dollar təşkil edirdi. Həmin vəsait sırf layihələrə sərf edilib. C.Hacıyev: “Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, bu layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. 2015-ci ilin mart ayında istefa ərizəsi yazaraq bankın rəhbərliyindən uzaqlaşdıqdan sonra cinayət işi başlandı, xeyli sahibkar həbs edildi, onlarla vətəndaşa ölkəni tərk etmək qadağası qoyuldu, minlərlə iş yeri bağlandı, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrin icrası durduruldu, bankın və layihələrin idarəçiliyində xaos yarandı, kreditlərin ödənilməsi dayandı, buna görə də banklar zərərə çıxdı. Biz bankdan uzaqlaşdırıldıqdan sonra həmin layihələrin təsisçiləri, benefisiarları dəyişdirildi, nəticədə layihələr iflic oldu..”.

53398

Dövlət təşkilatlarına verilən 4 milyard vəsaitin taleyi barədə ictimaiyyətə hələ də məlumat verilmir. Bankın isə zərərləri azalmaq əvəzinə artdıqca artdı. İlkin olaraq 2 milyarddan söhbət gedirdisə, sonradan toksik zərər kimi qələmə verilən və necə yarandığı heç bir şəkildə izah edilməyən 12,5 milyard manat da Bankın ayağa qalxmasını təmin edə bilmədi. Hökumət də çıxış yolunu ABB-nin dövlətə məxsus aktivlərinin özəlləşdirilməsində görürlər.

Beynəlxalq Bank və onun törəmə şirkətlərinin hazırda həbsdə olan əməkdaşlarının ailə üzvləri bir müddət əvvəl ölkə başçısı İlham Əliyevə müraciət etmişdilər. Həmin müraciətdə ABB-nin maliyyələşdirdiyi ondan artıq uğurlu layihənin bankın idarə heyətinin sədri Cahangir Hacıyev və onun komandasının həbsindən sonra iflasa uğradıldığı qeyd edilirdi. Siyahıda “CTC Aqro” zavodu, “İnter Tobacco” zavodu, “İnter Glass” zavodu, “Oğuz Qlükoza” zavodu, “BOT” ayaqqabı fabriki, “Şəki Aqro” zavodu, “General-Construction”Şirkəti, Şəki Olimpiya Kompleksi, Fuceyra Əmirliyində yerləşən “İntertekstil” və“İnterstil” zavodları, “Azərbaycan Metanol” Zavodu (“AzMeCo”) və “Bakı Fındıq Emalı” zavodunun (“BakFem” MMC) adı çəkilib.

Gəlirlə işləyən zavodlar indi sıfırdadır

Bankın maliyyələşdirdiyi layihələrdən biri “CTC Aqro” – pambıq istehsalı və yığımı üzrə ixtisaslaşmış zavoddur, əsasən Aran zonasında pambıq istehsalı və tədarükü ilə məşğul olur. İstehsal olunan məhsullar Türkiyə, Rusiya və Gürcüstana ixrac edilir, eləcə də daxili bazarlara çıxarılır. Zavod əsasən Beyləqan və İmişli rayonlarından tədarük olunan xammalla işləyir. “CTS Aqro”nun Beyləqan, Ağcabədi, Saatlı və Əli Bayramlıda fəaliyyət göstərən dörd zavodunda, habelə altı rayondakı pambıq qəbulu məntəqələrində 5 minədək daimi işçi çalışırdı. Prezident İlham Əliyev 2008-ci il aprelin 18-də müəssisənin Beyləqanda olan pampıqtəmizləmə zavodunda istehsal prosesi ilə yaxından tanış olmuşdu.

“İnter Tobacco” Zavodu. Azərbaycan müstəqillik əldə etdikdən sonra tütün istehsalı, tədarükü və ixracatı üzrə ixtisaslaşmış yeganə müəssisədir. Prezident İlham Əliyev 2010-cu ildə tütün emalı zavodunun açılışında iştirak edib, müəssisəni işə salıb. Zavod öz fəaliyyətini Şəki-Zaqatala iqtisadi zonasında qurub və həmin zonada bir neçə rayonda fəaliyyətdə olan məntəqələri mövcuddur.

14799900396336349547_1000x669

hus_5165_213

2012-ci ilin axırlarında Beynəlxalq Bank, Asia House və The City UK Xəzər Dəhlizi konfransını təşkil edib və bu üç təşkilat biznes əlaqələri yaradıb, “AzMeCo”nun da gələcək satış və marketinq fəaliyyəti bu əlaqələrə söykənib. Cənubi Qafqaz regionu və Mərkəzi Asiyada ilk metanol zavodu ildə 560 000 ton metanolun istehsal olunacağını proqnozlaşdırırdı. Azərbaycan Beynəlxalq Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zavodun tikintisini maliyyələşdiriblər. Azərbaycan hökuməti ideyanı dəstəkləyib və AYİB-dən ilkin olaraq 150 milyon dollar vəsait cəlb edilib. Məlumatlara görə zavodun tikintisi 450 milyon dollara başa gəlib. Qalan 300 milyon dollar ABB-nin kreditləri ilə ödənib. Bir sıra mənbələr təkcə Beynəlxalq Bankın müəssisə üçün ayırdığı kreditin 700 milyon civarında olduğunu bildirir. 2013-cü ilin sonunda istismara verilən zavodun rəsmi məlumatına görə, artıq bir il sonra “AzMeCo” Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edirdi.

“Azəriqaz” qazı yerli şirkətə verməyib xaricə baha satdı

“AzMeCo” dövlət strukturu olan “Azəriqaz” ilə zavodun təbii qazla təchizatına dair uzunmüddətli müqavilə bağlayıb.  Zavodun hazır məhsulu satmaq problemi də olmayıb. BP şirkəti ilə “AzMeCo”nun istehsal etdiyi metanolun tam həcmdə satışına dair uzunmüddətli müqavilə bağlanmışdı. Lakin zavod işə düşəndən qısa müddət sonra xammal təchizatı dayandı. “Azəriqaz” dan zavodun qazla təchizatının dayandırılmasına dair açıqlama verilməsə də məlumatlar var idi ki, ildə 600 milyon kubmetr həcmdə qazın daxili bazar qiymətləri ilə verilməsini hökumətdə iqtisadi baxımdan sərfəli saymayıblar.

скачанные файлы (1)

Hesab edilirdi ki, bu həcmdə qazı Tarif Şurasının təsdiq etdiyi qiymətlə (1000 kubmetri 100 manata) metanol zavoduna verməkdənsə onu baha qiymətə xaricə ixrac etmək daha sərfəlidir. SOCAR-ın Türkiyə və Gürcüstanla qaz ixracı müqavilələri olduğundan həmin həcmdə qazı xaricə çıxarıb satmaq üçün bazar problemi yoxdu. Digər tərəfdən, neftin qiymətlərinin yüksək olduğu vaxtlarda dünya bazarlarında qazın qiyməti də kifayət qədər baha idi – 1000 kubmetri 350-400 avroya satılırdı. Odur ki, “Azəriqaz” hökumətin razılığı ilə “AzMeCo” ilə bağlanan müqaviləni birtəfəli qaydada pozdu. Amma bütün bunlar baş verəndə zavodun qtisadi əhəmiyyəti, orada çalışanların məşğulluq məsələsi, ölkənin maraqları nəzərə alınmayıb.

Müəssisə qəsdən  böhrana salınndı

Süni yaradılan əngəllərə baxmayaraq, o zaman çıxış yolu tapılmışdı. Rusiyanın “Qazprom” şirkəti ilə “AzMeCo” arasında zavodun təbii qazla təchizatına dair ikitərəfli müqavilə imzalanmışdı. Müqaviləyə əsasən “Qazprom ekspert” şirkəti hər il “AzMeCo”ya 2 milyard kubmetrə qədər qaz verəcəkdi. Rusiya şirkətinin yaydığı açıqlamaya əsasən “Qazprom”un təchiz etdiyi qaz zavodun tam istehsal gücü ilə işləməsinə imkan verməli idi. Gözlənilirdi ki, qazın nəqli tezliklə başlayacaq və Rusiya qazı birbaşa son istehlakçıya, yəni Metanol Zavoduna çatdırılacaq. Amma tezliklə zavod fəaliyyətini dayandırdı, işçilər məcburi məzuniyyətə göndərildi, həmin dövrdə şirkətin rəhbəri Nizami Piriyev saxlanıldı, məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçdi. İş adamına qarşı dələduzluq ittihamı irəli sürülmüşdü və onu zavodun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər. Bundan sonra zavod hökumətin nəzarətinə keçdi. C.Hacıyev də məhkəmədəki çıxışında dəfələrlə bu zavodun düşdüyü durumdan danışıb. O, bildirirdi ki, Metanol Zavoduna Rusiyanın “Qazprom” şirkətindən 2 milyard kubmetrlik qaz alınması ilə bağlı razılaşma olsa da bunun qarşısı alınıb. C.Hacıyev: “Beləliklə zavoda qoyulan 600-700 milyon dollar da getdi. Həmin zavod indi niyə işləmir? Albaniya neftayrıma zavodunun da işləməsinə imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi”.

Metanol Zavodu 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın idarəçiliyi altında onun törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən idarə olunur. Keçən ilin avqust ayından isə zavod dövlət şirkətinin tam mülkiyyətinə keçib.

AzPolitika.info

Xəbərin oxunma sayı : 946

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap