Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Beynəlxalq Bankda yeni təyinatlar

Tarix 17.03.17, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyadakı törəməsi olan “ABB-Moskva” MMC-nin Müşahidə Şurasına yeni təyinat baş verib.

“APA-Economics” xəbər verir ki, Aqşin Əmirov Şuraya üzv təyin olunub. O, bu vəzifəyə martın 13-də təyinat alıb. Qeyd edək ki, A.Əmirov ötən ilin dekabr ayının 27-dən etibarən ABB-nin İdarə Heyəti sədrinin müavinidir. Bunadək bankir “Bank Respublika” ASC-də analoji vəzifəni tutub. ABB-nin Problemli kreditlərlə iş, Struktur bölmələrlə iş və Risklərin idarə edilməsi departamentləri A.Əmirovun kurasiyasındadır.

“ABB-Moskva”nın Müşahidə Şurası ümumilikdə 3 nəfərdən ibarətdir. Bundan öncə “APA-Economics” xəbər verdiyi kimi, Şuranın yeni sədri Zaur Qaraisayevdir. A.Əmirov kimi, o da martın 13-də yeni vəzifəsinin icrasına başlayıb. Bunadək Z.Qaraisayev “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Yeri gəlmişkən, Z.Qaraisayev hətta bir müddət müvəqqəti olaraq “Bank of Baku”nun İdarə Heyətinin sədri vəzifəsini də icra edib. Bu, Abbas İbrahimovun ABB-yə transfer olunduğu dövrə təsadüf edib. Xatırladaq ki, A.İbrahimov hazırda ABB-nin İdarə Heyəti sədrinin birinci müavinidir.

“ABB-Moskva”nın saytında yer alan məlumatlara nəzər saldıqda məlum olur ki, Z.Qaraisayev hazırda həmçinin ABB-nin İdarə Heyəti sədrinin müşaviridir. Bu vəzifədə Z.Qaraisayev törəmə müəssisələrlə işi idarə edəcək.

“ABB-Moskva”nın Müşahidə Şurasının digər üzvü isə Fərid Həşimovdur. O, bu vəzifəni 2015-ci ilin dekabrın 12-dən tutur. F.Həşimov ABB-nin Struktur bölmələrlə iş departamentinin direktorudur.



Xəbərin oxunma sayı : 172




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap