Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Beynəlxalq Bankdan filiallarına cinayət işi açılmasına reaksiya

Tarix 17.01.17, 0:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Beynəlxalq Bankı cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib

Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərlinin Modern.az-a verdiyi açıqlamaya görə, həmin filiallar Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Binəqədi filiallarıdır:
 
“Bu filiallarla bağlı araşdırmaların aparılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Beynəlxalq Bank özü müraciət edib. Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb.
Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar dərhal işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib”.
 
Y.Cəfərli onu da bildirib ki, Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin qanunvericiliyə uyğun qurulmasında, mövcud nöqsan və çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasında, şəffaflığın təmin olunmasında maraqlıdır.
 
“Bank mərkəzi və yerli struktur bölmələrinin fəaliyyətində yol verilən hər hansı hüquqazidd hallara qarşı bundan sonra da prinsipiallıq nümayiş etdirəcək, qanunvericiliyin tələbələrini əsas tutacaq, müştəri etimadını qorumaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışacaq”.



Xəbərin oxunma sayı : 88




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap