Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bişkek protokolunun imzalanmasından 25 il ötdü – sülh əvəzinə müharibə qapıda

Tarix 13.05.19, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Böyük sülh anlaşması hələ ki, üfüqdə belə görünmür: sülh əvəzinə müharibə qapını kəsdirib; problemi qəlizləşdirən faktorların başında isə Rusiya amili gəlir...

Mayın 12-də Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs haqda protokolun imzalanmasının 25 ili tamam oldu. Təəssüf ki, 25 illik atəşkəs böyük sülh anlaşmasının imzalanmasına gətirmədi. Səbəblər sırasında ən birinci Rusiya amilini göstərmək lazım gəlir. Çünki Rusiya bu müddətdə əlində unikal imkanlar ola-ola, münaqişənin həllinə nəinki töhfə vermədi, yaxud vermək istəmədi, üstəgəl, konfliktin dinc həllində hansısa real irəliləyiş şansı yaranan kimi nizamlama prosesini müxtəlif üsullarla pozdu. İkicə fakt.

Levon Ter-Petrosyan ile ilgili görsel sonucu


1998-ci ildə Azərbaycanla Ermənistan arasında Qarabağ probleminin mərhələli nizamlanması üçün əlverişli fürsət yetişmişdi. O vaxt Ermənistan prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ ətrafında rayonların işğaldan azad edilməsi qarşılığında kommunikasiyaların və sərhədlərin açılmasına, bölgənin yekun statusunun isə sonraya saxlanması variantına razı idi. Lakin Moskvanın əli ilə İrəvanda reallaşan hakimiyyət dəyişikliyi, Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması bu prosesi pozdu. Ardınca iqtidara gələn Moskvaya birbaşa bağlı Köçəryan-Sərkisyan rejimi Qarabağ məsələsində Kremlin maraqlarına uyğun olaraq radikal və güzəştsiz mövqe tutdu.


Köçəryan- ile ilgili görsel sonucu

Bununla belə, Köçəryan dönəmində də Qarabağda bir dəfə sülh şansı yaranıb. Ötən əsrin sonlarında ABŞ-ın patronajlıq elədiyi həmin prosesin başında Ermənistan tərəfdən ovaxtkı baş nazir Vazgen Sərkisyan dururdu. Hətta 1999-cu ilin dekabrında ATƏT-in İstanbul sammiti çərçivəsində Bakı ilə İrəvan arasında konkret anlaşma sənədinin imzalanması nəzərdə tutulurdu. Bunu duyan və bilən Köçəryan bu dəfə Moskvanın köməyi ilə terrora əl atdı: 1999-cu il oktyabrın 27-də Ermənistan parlamenti gülləbaran edildi. Ölənlər arasında Köçəryanın ən təhlükəli rəqibləri - Qarabağ prosesinin içində olan baş nazir Vazgen Sərkisyan və parlamentin spikeri Karen Dəmirçyan da var idi. Beləcə, həm Qarabağa sair sülh prosesi durduruldu, həm də Qarabağ klanı, Köçəryan ən ciddi rəqiblərindən qurtulmuş oldu.

Sərkisyan ile ilgili görsel sonucu

O vaxtdan problemin dinc həlli istiqamətində hər hansı kardinal dəyişiklik qeydə alınmayıb. Çünki Moskva öz marionetləri - Robert Köçəryan və Serj Sərkisyanın əli ilə prosesi mütəmadi şəkildə tormozlayıb. Ona görə ki, konfliktin radikal həlli Kremlin bölgədə, Ermənistanda hərbi mövcudluğunun sıfırlanması demək olardı...

*****

Təəssüf ki, Moskvaya bağlı Qarabağ klanı artıq bir ildir hakimiyyətdə olmasa da, onu əvəzləyən Nikol Paşinyan hökuməti də fərqli, pozitiv kurs götürmədi, heç olmasa, Ter-Petrosyan yoluna qayıtmadı - Paşinyan vaxtilə Ter-Petrosyanın silahdaşı və kadrı ola-ola. Əksinə, Paşinyan öz davranışları ilə faktiki, sülh prosesini daha qəliz duruma saldı ki, bu da ən çox Rusiyanın maraqlarına işləyir. O Rusiya ki, konfliktin həllinə real dəstək vermək imkanı ola-ola, 25 ildir növbətçi bəyanatlar verməkdən uzağa getmir.  

“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dayanıqlı sülhün əldə edilməsi istiqamətində tərəflərlə birlikdə işləməyə hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada deyilir.

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Onun yüksəlişi və enişi var. Tənzimlənmənin əsas məqamlarını razılaşdırmaq üçün tərəflərdən vaxt və siyasi iradə tələb olunur. Biz kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcəyik. ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik”, - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb.

.

Azərbaycan Xarici İşlər Nazirliyi ile ilgili görsel sonucu


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də atəşkəsin 25 illiyi ilə bağlı bəyanat yayıb. XİN Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bəyanatda deyilir: “12 may 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə olunmasının 25 ili tamam olur. Münaqişə zonasında atəşkəsin elan edilməsi birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi kimi məqsədlərlə əlaqələndirilib. Bu, o deməkdir ki, atəşkəs yuxarıda qeyd edilən məqsədlər kontekstində kompleks yanaşmanı nəzərdə tutur. Yəni atəşkəsə riayət olunması təkcə atəşin dayandırılması deyil, həmçinin hərbi qüvvələrin münaqişə zonasından çıxarılmasını və işğal vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətdən, o cümlədən məcburi köçkünlərin qayıdışına maneə olan hərəkətlərdən çəkinilməsini nəzərdə tutur.

Atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir. Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT TŞ-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-kvo dayanıqlı deyil və qəbuledilməzdir.

Atəşkəs, həmçinin münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tutur. Aydındır ki, atəşkəs münaqişənin həlli deyil, o münaqişənin həllinə aparan yolda müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır. Lakin bütün bu illər ərzində Ermənistan münaqişənin həlli üzrə nəticəyə yönəlik substantiv danışıqların aparılmasından və beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbindən davamlı imtina edir".

Bəyanatın sonunda bildirilir ki, İrəvan öz əhalisini və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərindən əl çəkərək, təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, öz beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin ən qısa zamanda həlli üzrə aparılan danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməlidir. “Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunması, etnik təmizləməyə məruz qalan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşayışının təşviq olunması Ermənistanla  Azərbaycan arasında normal qonşuluq münasibətlərinin bərpa olunmasının və bölgədə davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunmasının əsasını təşkil edir”, - deyə sənəddə qeyd olunur.

*****

Azərbaycanın mövqeyi aydın və ədalətli, sülhün şərti də sadə və əlçatandır. Hərçənd Rusiya XİN-in açıqlamasında Qarabağ nizamlanması mürəkkəb kimi göstərilir. Məsələ də ondadır ki, konflikti qəliz edən ilk növbədə Rusiya və onun qeyri-sağlam mövqeyi, konflikt hesabına regionda öz siyasi-hərbi mövcudluğunu gücləndirmək, münaqişəni süni surətdə uzadıb Azərbaycan və Ermənistanı zorla öz orbitində saxlamaq istəyidir.

Ancaq bu siyasət sonsuzadək sürə, atəşkəs daha 25 il uzana bilməz. Atəşkəs ya böyük sülhə, ya da böyük müharibəyə gətirməlidir. Böyük sülh hələ ki, üfüqdə görünmür. Demək, müharibə qaçılmaz olacaq. Müharibə isə əslində Rusiyanın maraqlarına cavab vermir. Səbəblər barədə zaman-zaman yazmışıq. Onlardan biri müharibə nəticəsində Rusiyanın Azərbaycan və Türkiyəni itirmək riski ilə bağlıdır. Demək, Rusiya həm də tələsməli, əlindəki Ermənistana unikal təzyiq rıçaqından sırf öz maraqları naminə istifadəyə son verməlidir. Verəcəkmi?

Sual hələ ki, açıq qalır. Ancaq Moskvada da, İrəvanda da yaxşı bilməlidrlər ki, 25 il öncə Bişkekdə imzalanan sənəd Azərbaycanın kapitulyasiya sənədi deyil, müharibənin bitməsi haqda anlaşma da deyil. Sadəcə, atəşkəs haqda razılaşmadır. Hansı ki, 25 ildə ədalətli sülhə gətirmədi. Bu səbəbdən indi qapını sülh yox, müharibə kəsdirib. Daha doğrusu, müharibənin ikinci hissəsi...  (musavat.com)
 



Xəbərin oxunma sayı : 322




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap