Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Biləsuvarda pambıqçılar ayağa qalxdı: “4 gündən bir su verirlər, sahələr məhv oldu” - VİDEO

Tarix 05.07.19, 20:51

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvar sakinləri əkdikləri pambıqlarını sulamaq üçün suya möhtac qalıb. 

Biləsuvarda təsərrüfatla məşğul olan bir qrup sakinin sözlərinin BakuPost-a bildirdiyinə görə, əkinlə məşğul olduqları pambıq sahələrinə su verilmir. Şikayətçilər deyir ki, rayonun Şəhriyar adlanan ərazisində pambıq əkiblər: "Bütün sərvətimizi  pambığa yatırmışıq. Tək gəlir yerimiz  də bu pambıqdır. Amma su problemi bütün işlərimizi məhv edir. İstədiyimiz zaman əkin yerlərimizi  sulaya bilmirik. Əkin yerlərimizi  sulamaq istədikdə  suyu kəsirlər və  4 gün sonra verəcəklərini deyirlər. Biz də deyirik ki, bu sahə 4 günə yanıb məhv olar”. 
 
Rayon sakinləri deyir ki, hara şikayət edirlərlərsə, dövlət qurumların onları yola verirlər: "İstəyirik ki, suyu açsınlar torpağımızı sulayaq. Bütün sular kanal vasitəsilə gəldiyi üçün bilirik ki, kanalda su var. Amma başqa yerə su veririk, deyirlər. Biz bu barədə  Biləsuvarda səlahiyyətli şəxslərin qəbulunda olub dərdimizi demişik. Onlar da bizə  eyni  cavabı verirlər ki, 4 gün gözləməlisiniz”. 

Sakinlər deyir ki, sahələri 4 gün susuz qalsa, əkdikləri pambıq yanıb məhv olacaq: "Bizim pambıq sahəmiz yanandan sonra suyu neynirik? Bilsək ki, su yoxdu, anlayarıq. Amma bilirik ki, Araz çayında su var. Nə olar ki, bizə də su buraxsalar? Nazirliyin qaynar xəttinə də  zəng edib dərdimizi demişik. Amma nə fayda?! Nə baxan var, nə də maraqlanan. Əgər su gəlməsə, bütün əziyyətimiz hədər olacaq.  İstərdik ki, tez bir zamanda suyu açsınlar”.
 
Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-dən münasibət öyrənməyə çalışsaq da, qurumdan heç bir açıqlama verilmədi.





 



Xəbərin oxunma sayı : 406




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap