Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Biləsuvarda su xəttinin açılışını edib, çəkilişi yarımçıq saxladılar: Sakinlər susuz qaldılar

Tarix 30.11.22, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvar rayonunun Xırmandalı kəndinin bir hissəsi içməli su ilə təmin olunsa da, bir hissəsi susuz qalıb.

Bu barədə “Report”a bir qrup kənd sakini bildirib.

Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl bütün kənd ərazisinin içməli su ilə təchiz olunacağı barədə onlara məlumat verilib.

Amma buna baxmayaraq, yalnız kəndi iki hissəyə ayıran Bolqar çayının sol sahilində yaşayan əhali içməli su ilə təmin olunub. Onlar çayın sağ sahilində məskunlaşanların içməli sudan naməlum səbəblərdən məhrum olduğunu bildiriblər:

“Demək olar ki, kənd əhalisinin yarısı çayın sağında, digər yarısı isə solunda məskunlaşıb. Bizim xeyli narazılığımızdan sonra nəhayət ötən il çayın sağ sahilində yalnız A.İmanov küçəsinə plastik boruları basdırmağa başladılar. Həmin vaxt bizə bildirdilər ki, altı min nəfərə yaxın əhalinin yaşadığı bu əraziyə 13 kilometr uzunluğunda müxtəlif diametrli borular çəkilərək 120 ədəd bulaq quraşdırılacaq. Lakin işlər həmin ilin mayın 15-də A.İmanov küçəsində kəmərin simvolik açılışı ilə və yalnız həmin küçəyə su verilməsi ilə yekunlaşdı”.

Sakinlərin sözlərinə görə, açılışda səlahiyyətli dövlət qurumlarının rəsmiləri tərəfindən vəd olunub ki, 2021-ci ilin iyun ayı ərzində çayın sağ sahilinin bütün küçələrinə su kəmərinin çəkilişi təmin ediləcək:

“Ancaq ötən yay küçələrə plastik boru basdırmaqla işləri yarımçıq qoyublar. Hazırda Sahil, C.Cabbarlı, G.Əsədov, S.Vurğun və yeni salınan məhəllələrdəki küçələr də daxil olmaqla əhali içməli sudan istifadə edə bilmir”.

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin Xırmandalı kənd icra nümayəndəliyindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda kəndin sağ sahilində su verilməyən sakinlərin su təminatı üçün qonşu Bəydili kəndi istiqamətindən daşıyıcı su xəttinin çəkilişi davam etdirilir.






Xəbərin oxunma sayı : 412




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap