Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Binə qəsəbəsində evləri su basıb –“Azərsu“ “İcra Hakimiyyəti ilə əlaqə saxlayın“ deyir + VİDEO

Tarix 21.01.20, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri ərazidə kanalizasiya sisteminin olmamasından və həyətlərinin yağış sularını basmasından şikayəçidirlər.

AzFakt.com-un məlumatına görə, şikayətçilər “Report”a bildirib ki, yağışlı havalarda evlərdə yaşamaq mümkün olmur.

“Su pilləkənlərə qədər qalxır. Vəziyyət o həddədir ki, evə pəncərədən girib-çıxırıq. Mütləq qəsəbəyə kanalizasiya sistemi lazımdır. Ümumiyyətlə, Binə qəsəbəsində kanalizasiya sistemi olmayıb. 2-3 ildir ki, vəd verirlər, amma tədbir görən yoxdur. Yollar bərbad gündə, suyumuz da yoxdur. Qəsəbədə hamı eyni vəziyyətdədir”, – şikayətçilər qeyd edib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Report”a bildirib ki, Binə qəsəbəsinə ötən il 40 km-dən artıq su xətləri çəkilib:

“Kanalizasiya sisteminin çəkiləcəyi hələ bilinimir. Su xətlərinin çəkilişi isə bu il də davam etdiriləcək. Hazırda qəsəbənin 30 faizində mərkəzləşdirilmiş su xətti var. Qaldı ki həyətlərə yağış sularının dolmasına, ona Xəzər rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası baxır”.

Xəzər rayon İcra Hakimiyyəti və Binə qəsəbə bələdiyyəsi ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qalıb.







Xəbərin oxunma sayı : 598




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap