Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - Video

Tarix 15.08.19, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


““Amay Abdulla” qəpik-qəpik yığıb aldığımız mənzilləri əlimizdən almaq istəyir”. 

Bu sözləri Yenisabah.az-a Binəqədi rayonu, Atatürk prospekti 30/78 A ünvanında yerləşən binanın sakinləri deyib. 

Sözügedən bina 2002-ci ildə “Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus “Xudafərin” şirkəti tərəfindən tikilib. Lakin bina tamamlanmayıb. 

A. Abdullayevin sakinlərin binanı tərk etməsi ilə bağlı iddiasına qarşı sakinlər etiraz aksiyası keçiriblər. Binanın sakinlərindən olan Müşfiq Nəcəfov bildirib ki, sakinlər öz vəsaitləri hesabına abadlıq-təmir işləri görüblər: 

“Bu bina 2002-ci ildə tikilsə də, 14 il sahibsiz qalıb. Binadan mənzil alan sakinlər 14 il kirayələrdə qalıb. Nəhayət sakinlər qərara aldı ki, binadakı tamamlanma işlərini sakinlər öz vəsaitləri hesabına görsünlər. Beləliklə, biz sakinlər bu binanın kommunal problemlərini həll etdik, damını düzəltdik. İndi “Amay Abdulla” gəlib deyir ki, mənim əmlakımı ələ keçirmisiniz. Bəs bu vaxta qədər harada idi?!”, -  deyə Müşfiq Nəcəfov bildirib.

Onun sözlərinə görə, binada təmir işləri aparmaq üçün Abdulla Abdullayevin adamları sakinlərdən əlavə pul alıblar: “Amma heç bir iş görməyib. Onlarla sakin təmir işləri üçün Abdulla Abdullayevə və onun adamlarına külli miqdarda pul veriblər. Amma nəinki təmir işləri aparılıb, hətta bizim öz vəsaitimiz hesabına görülən işlərə ən müxtəlif üsullarla maneə yaradılıb. 

Təmir üçün aldığımız inşaat materiallarını oğurlayıblar, hətta qəsdən yanğın törədiblər”.

Müşfiq Nəcəfov əlavə edib ki, sakinlər Abdulla Abdullayevin təzyiq və təhdidləri qarşısında geri çəkilməyib. Bundan sonra iş adamı məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəlib: 

“Hazırda iş Binəqədi Rayon Məhkəməsindədir. Ümid edirik ki, məhkəmə Abdulla Abdullayevin iddiasını təmin etməyəcək. Çünki bu məsələdə həm də açıq-aydın dələduzluq əməli var. Təsəvvür edin, 24 mənzil 133 nəfərə satılıb. İnsanlar pullarını geri ala bilmirlər, kirayələrdə yaşayırlar. Yüzlərlə belə ailə var. 

Bu adam bizi küçələrdə qoymaq istəyir. Axı nə üçün bir nəfərin üzündən bu qədər insan əziyyət çəkməlidir?!”. 

Digər sakin Əsli Həsənova isə deyib ki, aldığı mənzilin pulunu 2004-cü ildə verib. Lakin sonradan ondan əlavə pul tələb ediblər: “Abdulla Abdullayevin Anar adlı bacısı oğlu əvvəlcə əlavə olaraq 15 min manat istədi, sonradan 8 min manata razılaşdı. Abdulla Abdullayevin bura sahə rəisi təyin etdiyi Şəfayət adlı şəxs isə təmir adı altında 36 min manat pulumu mənimsədi. O burada çoxsaylı oğurluq əməli törədib. Ona görə də binanın sakınləri onu buradan qovublar”. 

Günel Əmrahova adlı sakin isə Abdulla Abdullayevin üzündən 11 il kirayələrdə yaşadığını bildirib: “2003-cü ildə 31 min dollar pul verərək 10-cu mərtəbədə mənzil almışdıq. Sonra bizə dedilər ki, 10-cu mərtəbədə boş mənzil qalmayıb. Bizə 16-cı mərtəbəni təklif etdilər. Bunun üçün də əlavə olaraq 3000 dollar istədilər. Mən mənzilin təmiri üçün inşaat materialları almışdım. Gəlib gördüm ki, hamısını oğurlayıblar. 11 il kirayələrdə yaşamışam. Çünki binanı yarımçıq saxlamışdılar. 

Sakinlərin təmir üçün verdiyi pulları da “yemişdilər”. İndi sakinlər öz vəsaitləri hesabına müəyyən işlər görüb. Bina yaşayış üçün hazır vəziyyətə gətirlib. Bunu görən Abdulla Abdullayev yenə ortaya çıxıb, binaya yiyələnmək istəyir”.

Sakinlər problemlə bağlı ölkə prezidentinə də müraciət ediblər.



Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -









Xəbərin oxunma sayı : 250




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap