|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Bir ailədən 3 hərbçi – Düşməni diz çökdürən kəşfiyyatçımız necə şəhid oldu
Tarix 27.11.20, 17:51 |
|
İgid kəşfiyyatçı, şəhid Sehran Nizami oğlu Vəliyev…
Sehran 23.02.1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Babası Xosaxan Vəliyev qardaşı Vəli ilə 1948-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndindən Biləsuvar rayonuna köçərək Notroski, indiki Nəsimi kəndində məskunlaşıblar. Hər iki qardaş böyük zəhmətlə özlərinə burada yurd-yuva quraraq kənddə hörmət qazanıblar və böyük ailə-uşaq sahibi olublar. Bu iki ailəyə mənsub olan uşaqlar da öz əxlaqları və rəftarları ilə kənddə nüfuz qazanıblar. Xosaxan kişinin ailəsində göz açan Nizaminin üç oğlu və bir qızı olub. Böyük oğlu Rəşadı ailənin ilk hərbiçisi saymaq olar. O, 6 il sərhəd qoşunlarında xidmət edəndən sonra ailənin kənd təsərrüfatındakı işlərinə kömək etmək üçün atasının arzusunu nəzərə alaraq kəndə qayıdıb. Ailənin ikinci övladı olan Şamxal da taleyini hərbi sənətə bağlayıb. Hazırda da Milli Ordunun xüsusi təyinatlılar bölməsində xidmətini davam etdirir.
Sehran 2000-ci ildə yaşadığı Nəsimi kəndinin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib. Sehran 2008-ci ildən kiqsboksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20.04.2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28.04. 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib. Buna baxmayaraq, Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb. Onun müraciəti razılıqla qarşılanıb və 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilib. Sonra ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb. O, Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) 27.07. 2016-cı il tarixindən 24.09. 2016-cı il tarixinə qədər “fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qurup komandiri” kursunu bitirib. Buranı bitirdikdən sonra N saylı hərbi hissəyə təyinat alıb və burada kəşfiyyat manqasının komandiri işləyib. Burada üç il xidmət etdikdən sonra əldə etdiyi nailiyyətlərə görə onu kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin ediblər. 27.09.2020-ci il Fizuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və 02.10.2020-ci ildə Fizuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Sehran ailəli idi. 10.08.2014-cü ildə ailə həyatı qurmuşdu. Oğlu Nihadın 5, qızı Nurayın isə 3 yaşı var. Üçüncü övladı isə dekabrda dünyaya gələcəkdi.
İndi isə Sehranın döyüş yoluna və yoldaşlarının xatirələrinə nəzər salaq.
Düşmən təxribatına cavab olaraq 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayan kimi şanlı ordumuzun igid döyüşçüləri Fizuli istiqamətində hücum edərək ön xətti yardılar. Bu müharibənin taktikasında özəllik ondan ibarət idi ki, ön xəttə hücumu təşkil edənlər yalnız peşəkar hərbiçilər və kəşfiyyat qrupları idi. Müharibənin elə ilk günü ön xətt yarıldı. Kəşfiyyat qrupu düşmənin postlarına daxil olanda orada heç kimin olmadığını gördülər. İlk həmlədə iştirak edən Sehrangil də postlarda heç kimin olmadığını görüb Kənd Horadizdə meşənin qırağında olan köhnə məscidin içərisində toplaşır və orada ayrı-ayrı qrupların bundan sonra necə və hansı istiqamətdə getmələri və snayperlərin harada yerləşdirilməsi barədə plan cızırlar. Bir qrup öndəki yüksəklikdə mövqe tutmalı idi. Onların solunda ikinci qrup, sağlarında isə birinci qrup gedəcəkdi. Döyüşçülər məsciddə islanmış paltarlarını dəyişən zaman bayırda nəzarət edən sanayperlər 80 nəfərə qədər erməni əsgərinin onlara tərəf gəldiyini xəbər verir. Onlar postu qoyub qaçan düşmən əsgərləri idi. Sakitçilikdən istifadə edib öz mövqelərinə qayıtmaq əmri almışdılar. Komandir əmr verir ki, yaxınlığındakı yüksəklikdə deyil, bir az da irəlidəki yüksəklikdə mövqe tutub, düşməni məhv etsinlər. Amma buna vaxt qalmamışdı. Sol tərəfdən 30-40 nəfərin yaxınlaşmaqda olduğunu görən xüsusi təyinatlı qrup onları qarşılamaq üçün həmin istiqamətdə mövqe tutur.
İlk döyüşə onlar atılır. Bir qədər sonra rabitə ilə iki yaralı və bir şəhidin olması barədə məlumat gəlir. Qarşılaşmanı gözləməyən düşmən çox böyük qüvvə ilə hücuma keçir. Sehranın rəhbərlik etdiyi qrup xüsusi təyinatlılara dəstək üçün sol mövqeyə keçir. Sol tərəfdən hücum edən düşmənin ilk qrupu tamamilə məhv edilir. Yaralananlar və şəhid olan əsgər dərhal təxliyə edilir. Digər istiqamətlərdən gələn düşmən qruplar da tamamilə darmadağın olur. İgid döyüşçülərimiz hər gün yeni mövqelər əldə edərək irəli gedirdilər. Düşmənin əksər hissəsi döyüş mövqeyini tərk edərək qaçırlar. Oktyabrın 2-də döyüş mövqeyinin sol istiqamətində gərginliyin olduğunu görən rəhbərlik Sehrangilin qrupunu o istiqamətə göndərir. Sol cinah irəliləyərkən pusquya rast gəlir və üç tərəfdən düşmən həmlə edir. Bir tərəfdən artilleriyaları da mövqeyimizi atəşə tutur. Xüsusi təyinatlı dəstə çıxdıqdan sonra minamyot qrupu da onların dalınca gedib təpəni aşırlar. Digər qruplar təpəyə qalxan kimi düşmən onları hədəf alır. Əsgərlərdən dördü ayağından yaralanır. Onları geriyə endirirlər. Sehran açıq görünən ərazi ilə yaralıları təxliyə etmək üçün qrupu ilə düşmənin qarşısına çıxır. Bu dəfə düşmən onların olduğu mövqeyi minamyot ilə vurmağa başlayır. Sehran qrupunu bir qədər yana çəkib düşməni məhv etməyə başlayır. Demək olar ki, minamyot atəşi nəzərə alınmasa, mövqelərdə erməni leşlərindən başqa düşmən qalmır. Sehran əlini yuxarı qaldırıb əsgərlərinə məğrurcasına baxanda, düşmən snayperinin atdığı güllə igid kəşfiyyatçımızı yaxalayır. Onun yanına ilk yetişən əslən beyləqanlı olan snayper Qabil Misirov olur.
Qabil deyir ki, Sehrana çatanda görüb ki, başını silahına dayayıb oturub:
“Əvvəlcə yaralanmadığını zənn etdim. Başındakı kaskanın ön tərəfində güllənin açdığı deşik var idi, amma qan izi görünmürdü. Kaskanı çıxaranda alnından vurulduğunu gördüm”.
Sehranla birlikdə döyüşərək dörd güllə yarası alan cəlilabadlı Niyaməddin Əzizov isə belə danışır:
“Sentyabrın 26-da döyüş əmrinə hazırlıq taqımı Sehranı çağıraraq döyüş tapşırığı verdi. Gizir Vəliyev Sehran bu tapşırığı öz kəşfiyyat taqımına çatdırdı. Taqım yüksək döyüş hazırlığı keçdiyindən tam hazır idi. Müharibənin ilk günü aldığımız tapşırığı layiqincə yerinə yetirib cəmləşmə rayonuna qayıdandan sonra bizim artilleriyamız verdiyimiz kordinatları atəşə tutdular. Elə bunun ardınca həm 1-ci taqım, həm də biz döyüş mövqeyinə çıxdıq. Saat təxminən 21.00-da gizir Sehran Vəliyevin taqımı düşmənin əsas döyüş postlarından birini ələ keçirdi. Sehranın özünün necə igidlik və məharətlə vuruşması onu taqımının üzvlərini də ruhlandırırdı və hər kəs özünü ona oxşatmaq istəyirdi. Sentyabrın 28-də gecə saat təxminən iki olardı ki, biz dayandıq. Artilleriyamız düşməni vurmağa başladı. Düşmənin artileriya atəşi dayandıqdan sonra tam heyətlə irəli getdik. Düşmən tərəf çox itki verirdi. Səhəri gün Sehranı bizim taqımdan ayırıb, başqa qrupun komandiri təyin etdilər. Həmin qrupun komandiri şəhid olmuşdu. O qrup daha seçmə uşaqlardan təşkil edilmişdi. Buna görə də yeni təyinatda Sehranın bacarıqları nəzərə alınmışdı. 2 gündən sonra xüsusi əməliyyat başladı və uğurla bitdi. Sehranı yenidən əvvəlki qrupuna qaytardılar.
Döyüşün 5-ci günü idi. Fizuli istiqamətində çox irəli getmişdik. Onun qrupa qaytarılması 80 nəfərlik heyəti çox sevindirdi. Çünki Sehran çox gözəl komandir idi. Ən təhlükəli gedişi həmişə öz üzərinə götürürdü. Həmin gün bizə başqa qrupun etməli olduğu tapşırığı verdilər. Cəbrayıl istiqamətində yaxın təmasda döyüş gedirdi. Erməni hərbi hissəsinə hücuma keçdik. Biz 30 nəfər idik, onlarsa 100-dən çox idi. Ən öndə Sehran özü gedirdi. Xüsusilə sağ cinahdan fəallıq hiss olunurdu. Sehran o hissəyə gedərək 20-dən çox düşməni məhv etdi və bununla da hərbi hissənin ələ keçirilməsini təmin etdi. Oktyabrın 1-də Fizulidən çıxıb Cəbrayıl istiqamətində döyüşürdük. Bizə göstəriş verdilər ki, xüsusi təyinatlı dəstəni vurublar, yaralılar var. Onların döyüş mövqeyindən təxliyəsini həyata keçirmək üçün ora getdik. Ayın 2-də Sehran bizə yaralıları çıxarmağı tapşırdı, özü isə döyüşə girdi. Düşmən yaralılar istiqamətini intensiv atəşə tuturdu, biz ora girə bilmirdik. Sehran döyüşə girərək bizim yaralıları çıxarmağımıza şərait yaratdı. Bir də baxdım ki, onun bizə istiqamət verən səsi gəlmir. Biz yaralıları çıxarmışdıq, ona köməyə gedəndə isə o artıq şəhid olmuşdu”.
Başqa bir döyüş yoldaşının xatirəsi:
“Sehran cəsur, qorxmaz ürəyi olan döyüşçü idi. Həm yoldaşlıqda, həm də işində yerini bilən bir qardaş idi. Müharibənin ilk günlərində bizə su, sursat, yemək gələn yolları düşmən artilleriyası vururdu. Bir də görürdün Sehran lazım olan bu vacib şeyləri kisəyə yığıb gətirdi. Oktyabrın 1-i axşam yüksəkliyi uğurla aldıq, səhərə kimi artilleriyadan qorunmaq üçün mövqe qazdıq. Sabahısı tapşırığı başqa istiqamətə verdilər. Orada digər qüvvələrimizə kömək lazım idi. Biz bunu bacardıq, amma təəssüf ki, igid olduğu qədər də yumşaq ürəyi olan gözəl döyüş yoldaşımızı və komandirimizi itirdik”.
Sehranın keçdiyi döyüş yolu müqəddəs müharibəmizin ilk günlərinin ümumi mənzərəsini təsəvvür etməyə imkan yaradır. Bu ilk idi, müharibə hələ yeni başlamışdı. Uğurlarla bərabər, müəyyən səhvlər və hesablanmamış, o cümlədən gözləmədiyimiz şeylər də olurdu. Buna baxmayaraq, müzəffər ordumuz dünyanı heyrətləndirməkdə davam edirdi. Sehran isə məhz ən çətin anlarda, müharibənin açar rolu oynayan ilk günlərində özünün yüksək peşəkarlığını göstərə bilib, bu qıfılın açılmasında töhfəsini verməyi bacarıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar.
Xəbərin oxunma sayı : 643
Maraqlı
Xəbərlər
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
TOP 10
ARXİV