Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bir neçə ay əvvəl tikintisi qanunsuz olan bina indi necə qanunu oldu?! - Komitədən açıqlama gəldi (Yenilənib)

Tarix 15.02.19, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nəsimi rayonu ərazisində aparılan tikinti ilə bağlı müəmmalı məqamlara aydınıəq gətirib.  

Komitədən AzFakt.com-a göndərilən məktubda bildirilir:

“14.02.2019-cu il tarixində saat 23-00-a AzFakt.com  internet səhifəsində “Bir neçə ay əvvəl tikintisi qanunsuz olan bina indi necə qanunu oldu?! - Nəsimidə TİKİNTİ MÜƏMMASI adlı məqalədə qeyri-dəqiqliyə yol verildiyini və təqdim olunan məlumatların bir hissəsinin həqiqətə uyğun olmadığını diqqətinizə çatdırırıq.

Bununla əlaqədar aşağıdakıları diqqətinizə çatdırırıq.

İlk növbədə bildiririk ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Respublikasının Baş Prokurorluğunun 16 iyul 2018-ci ildə verdiyi birgə məlumatda (Birgə məlumatın tam mətni ilə Komitənin internet-səhifəsinə bu keçid vasitəsilə tanış olmaq mümkündür (https://arxkom.gov.az/articles/191/212.html) göstərildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması aşkarlanmış və görülmüş operativ tədbirlər nəticəsində həmin tikintiyə hazırlıq fəaliyyəti dayandırılmış, Baş Prokurorluq tərəfindən faktla bağlı cinayət işi açılmışdır.

Hal-hazırda göstərilən ünvanda hər hansı tikinti işləri aparılmır.

Bununla yanaşı, diqqətinizə çatdırırıq ki, sözügedən məqalədə adı çəkilən “Memar İnşaat – 2017” Mənzil-Tikinti Kooperativinin “Fidan” MTK ilə və Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanı ilə hər hansı əlaqəsi yoxdur.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.04.2018-ci il tarixli 265 nömrəli Sərəncamı və 20.04.2018-ci il tarxili 45 nömrəlitikintiyə icazə sənədi (hər iki sənədin surəti əlavə olunur- tikintiye icaze Memar Inshaat 2017) ilə “Memar İnşaat – 2017” MTK-yə Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, S.C.Pişəvəri küçəsi, 27A ünvanında yaşayış binasının tikintisinə icazə verilmişdir.

Xahiş edirik nəzərə alasınız”.

Qeyd edək ki, sözügedən məlumatı virtualaz.org saytı yayıb. AzFakt.com-da verilən yazıda da həmin sayta istinad olunub. Yəni, məlumatda qeyri-dəqiqliyə yol verilibsə də, bunu  AzFakt.com saytı etməyib.  Ancaq maraqlıdır ki, virtualaz.org saytının əməkdaşı yazıda sakinlərin şikayətinə də yer verib. Hansı ki, onlar  “Memar İnşaat-2017” adlı şirkətin məhz “Fidan MTK”-ya tikinti aparması qadağan olunan yerdə inşaat işləri apardığını iddia edikləri bildirilib.

“Sakinlər əməkdaşımıza deyiblər ki, bu dəfə tikintini aparan kimdirsə “çox arxalı adamdır” və əlində tikintiyə icazə verilməsinə dair sənədləri var.” -deyə yazıda iddia olunub. Maraqlıdır, sayta danışan sakinlər hansı küçədə yaşadıqlarını bilməyiblər?

273197_res_01


Bakının Nəsimi rayonu ərazisində, 4-cü mikrorayonda, Cavadxan küçəsi, 68A ünvanında, sovet dövründə tikilmiş 4 çoxmərtəbəli yaşayış binasının həyətində aparılan tikinti ilə bağlı müəmmalı məqamlar ortaya çıxıb. Belə ki, cəmi bir neçə ay əvvəl həmin ərazidə tikintinin aparılması hüquq-mühafizə orqanları tərəfindən şəhərsalma qaydalarının pozulması ilə müşaiyət olunan qanunsuz əməl kimi qiymətləndirilib. Və tikintini aparan “Fidan MTK” adlı şirkətin rəhbəri Şükürov Əli Şükür oğlu Baş prokurorluğun sanksiyası ilə həbs olunub.

Bu qanunsuz tikintinin dayandırılması sakinlərin çoxsaylı etirazlarından, şikayətlərindən sonra mümkün olmuşdu. Lakin bəlli olub ki, bu dəfə “Memar İnşaat-2017” adlı şirkət həmin yerdə tikintiyə başlayıb və üstəlik etiraz etməyə cəhd göstərən sakinlərə təzyiqlər göstərilir. 

Polisin əliylə sakinlər döyülüb, söyülüb və təhqir olunub. Onlara hətta evlərinin pəncərəsindən tikinti meydançasına tərəf baxmaq da qadağan edilib. Sakinlər əməkdaşımıza deyiblər ki, bu dəfə tikintini aparan kimdirsə “çox arxalı adamdır” və əlində tikintiyə icazə verilməsinə dair sənədləri var.

Qeyd edək ki, Bakıda sovet dövründə tikilmiş yaşayış binalarının həyətlərinin zəbt edilməsi, orada əkilən ağacların qırılması hesabına çoxmərtəbəli binaların tikintisi olduqca geniş yayılıb. Nəticədə şəhərsalma qaydaları kobud şəkildə pozulub, bir neçə 5 mərtəbəli, yaxud 9 mərtəbəli binanın arasından ucalan 18-20 (bəzən daha çox) mərtəbəli binalar şəhərdə arxitektura baxımından eybəcər mənzərə yaradıb.

Paytaxtda hökm sürən bu tikinti xaosu ilə bağlı prezident İlham Əliyev dəfələrlə sərt çıxışlar edib. Sonuncu dəfə ötən ilin oktyabrında, Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirəsi zamanı prezident çıxışında bu kimi qanunsuzluqların qarşısının alınmasına dair qəti göstərişlər vermişdi.

İlham Əliyev həmin çıxışında deyib ki, Bakıda və digər şəhərlərdə qanunsuz tikintilərə son qoyulmalıdır. Və prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilməyəcəyini bəyan edib. Prezident vurğulayıb ki, əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar.

“Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək»-İlham Əliyev deyib.

Prezident həmin çıxışında binaların həyətlərinin zəbt edilməsi hesabına aparılan tikintilərə xüsusi toxunmuşdu.

Sitat: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub».

Məhz prezidentin həmin çıxışından sonra hüquq-mühafizə orqanları hərəkətə keçdilər və Bakıda binaların həyətlərinin zəbt edilməsi, yaşıllıqların qırılması, şəhərsalma qaydalarının kobud pozulması hesabına tikinti aparan bir neçə şirkət rəhbərləri barədə cinayət işləri qaldırıldı. Həbslər aparıldı. O cümlədən Cavadxan küçəsində həyəti zəbt edib özül qazan “Fidan MTK”-nın rəhbəri tutuldu.

Amma MTK rəhbərinin həbs olunmasına baxmayaraq ərazidə tikinti meydançasının ətrafına çəkilmiş hasar sökülməmişdi. Və indi belə məlum olur ki, “Memar İnşaat-2017” adlı şirkət həmin ərazini alıb və tamamilə arxayın şəkildə, sakinlərə hədə-qorxu gəlməklə tikintini yenidən başladıb.

Şirkətə tikinti üçün icazə sənədlərini yeni qaydalara görə ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verə bilərdi. 

Bu baxımdan virtualaz.org Komitəyə Cavadxan küçəsi, 68A ünvanında, Baş prokurorluğun qaldırdığı cinayət işinin təhqiqat predmeti olan sahədə tikintinin aparılması üçün icazənin verilməsinə aydınlıq gətirilməsi üçün yazılı sorğu ünvanlayıb. Hələlik sorğuya cavab verilməyib.

Çünki haqlı olaraq belə suallar yaranır: necə olur ki, həm prezident İlham Əliyev binaların həyətlərinin zəbt edilməsi hesabına tikintilərin aparılmasının yolverilməz olduğunu bəyan edir. 

Həm  Baş prokurorluq Cavadxan küçəsindəki həmin tikintinin qanunsuz olduğu, şəhərsalma qaydalarını pozduğu qənaətinə gəlir və cinayət işi qaldırır. Amma cəmi bir neçə ay keçəndən sonra eyni ərazidə tikintinin aparılması “qanuni” elan edilir və bu dəfə başqa şirkətə icazə sənədləri verilir?!

Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tezliklə bu müəmmaya aydınlıq gətirəcək.

 





Xəbərin oxunma sayı : 784




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap