Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bircə Sərsəng su anbarı bizim nəzarətimizə keçmiş olsaydı... ŞƏRH

Tarix 07.01.21, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


"Bircə Sərsəng su anbarı bizim nəzarətimizə keçmiş olsaydı, yəqin ki, indi Dağlıq Qarabağda çox şeyi həll edə bilirdik”. 

AzFakt.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu Ermənistan iqtisadiyyatında yaşanan problemləri şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan işğal altında qalan torpaqlarını azad etdikdən sonra Ermənistan iqtisadiyyatının enerjiyə, taxıla olan tələbatının ödənilməsində problemlər yaranıb: 

AzFakt

"2018-ci ildən etibarən Ermənistan elektrik enerjisinin bir hissəsini Dağlıq Qarabağdan alıb. Hətta bu ildən 330 milyon kvtsaat elektik enerjisinin idxalı planladırılmışdı. İndi əksinə, Dağlıq Qarabağda fəaliyyət göstərən kiçik elektrik stansiyalarının Azərbaycanın nəzarətində olması səbəbindən ermənilər Sərsəng su elektrik stansiyasından asılı vəziyyətdə qalıblar, bu isə onların ehtiyaclarını qarşılamağa kifayət etmir. Bununla yanaşı, Suqovuşanın bizim nəzarətimizdə olması Dəmirli mis mədənində istehsal fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb. Çünki mis kombinatına su təchizatı Suqovuşandan idi. Bununla yanaşı, həmin ərazidə olan kürü fabriki ilə də problemlər var. 

Nəhayət, Ermənistanın taxıla olan tələbatının 30 faizə qədərini indiyədək Dağlıq Qarabağ ödəyib. Ermənilər 27 sentyabradək işğal altında olan ərazilərdəki münbit torpaqlarda taxıl məhsulları becərirdilər. Belə ki, Ermənistanın taxıla olan illik 500-600 min tonun 150-200 min tonu Qarabağdan gətirilirdi. Hazırda taxıl əkin sahələrinin 90 faizi Azərbaycanın nəzarətindədir. Odur ki, Ermənistan bundan sonra taxıl, enerji tələbatında yaranmış kəsirləri başqa mənbələrdən ödəmək məcburiyyətində qalacaq. 

Bircə Sərsəng su anbarı bizim nəzarətimizə keçmiş olsaydı, yəqin ki, indi Dağlıq Qarabağda çox şeyi həll edə bilirdik”. 



Xəbərin oxunma sayı : 391




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap