Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü

Tarix 14.12.17, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

APA-nın məlumatına görə, M. Əliyeva Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirib.
 
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Böyük Britaniya ilə bir sıra sahələrdə əməkdaşlıq qurduğunu deyən Azərbaycanın I vitse-prezidenti neft-qaz sahəsində əlaqələri xüsusi vurğulayıb və bu əlaqələrdə Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı qeyd edib. BP şirkətinin 20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərdiyini deyən M. Əliyeva ölkəmizdə bu əməkdaşlığın çox yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu il “Azəri-Çıraq-Günəşli” layihəsinin yeni mərhələsinə start verilib, yeni müqavilə imzalanıb. Bu isə mövcud əməkdaşlığın həm Böyük Britaniyanın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini nümayiş etdirir.
 
“Şahdəniz-2” layihəsində BP-nin əsas investor olduğunu, gələn il TANAP layihəsinin başa çatacağını deyən Azərbaycanın I vitse-prezidenti qeyd edib ki, bu layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
 
Gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən qeyri-neft sektorunda da geniş və uğurlu əməkdaşlığın qurulmasının vacib olduğunu deyən M. Əliyeva diqqətə çatdırıb ki, ticarət dövriyyəsinin artması, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri var. Birinci vitse-prezident bu səfərin əməkdaşlıq baxımından yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
 
Xalqlarımızın bir-birini daha yaxından tanıması üçün humanitar sahədə əməkdaşlığı xüsusi vurğulayan M. Əliyeva Azərbaycan ilə Böyük Britaniya arasında son illər təhsil sahəsində də əlaqələrin genişləndirildiyini qeyd edib, ölkəmizdə 16 məktəbdə təhsilin ingilis dilində aparıldığını, yüzlərlə azərbaycanlının Böyük Britaniyada təhsil aldığını bildirib.
 
Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən M. Əliyeva Azərbaycanın Təhsil Nazirliyi ilə Oksford Universiteti arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu vurğulayıb. “Mən bizim ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirirəm” deyən M. Əliyeva gələcəkdə qarşılıqlı maraqlar əsasında daha geniş əməkdaşlığın qurulacağına əminliyini bildirib.
 
Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed isə ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən danışıb, aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi və daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.



Xəbərin oxunma sayı : 190




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap