Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Birinci vitse-prezidentin köməkçisi:“Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır“

Tarix 23.04.19, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır”.

Bunu Azərbaycan Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət-Sənaye Palatasının (USACC) görüşü zamanı deyib.

E.Hüseynov USACC üzvlərini və tərəfdaşlarını Azərbaycanda davam edən iqtisadi və institusional islahatlar barədə məlumatlandırıb. O bildirib ki, biznes sahəsində, normativ və institusional islahatlar sayəsində Azərbaycan Dünya Bankının “Doing Business 2019” reytinqində 25-ci yerdə qərarlaşıb və 190 ölkə arasında aparıcı islahatçılardan biri olub.

ABŞ və Azərbaycan arasında ikitərəfli ticari-işgüzar münasibətlər barədə danışan E.Hüseynov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır. O qeyd edib ki, ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 10 milyard dollar, Azərbaycanın ABŞ-a birbaşa investisiyaları 7,6 milyard dollar təşkil edib.

E.Hüseynov aprelin 4-də Çikaqoda USACC və İllinoys Ticarət Palatasının təşkil etdiyi İllinoys-Azərbaycan birinci kənd təsərrüfatı forumunun Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini yüksək qiymətləndirib/Trend.



Xəbərin oxunma sayı : 232




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap