Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

BMT-dən Lukaşenko rejiminə ittiham - “Təyyarə qəsdən yerə endirilib...“

Tarix 20.01.22, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


"Belarusun "Ryanair" təyyarəsinin istiqamətini dəyişmək üçün istifadə etdiyi bomba təhdidi qəsdən uydurma olub". 

AzFakt.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, BMT-nin mülki aviasiya agentliyi bu haqda hesabat yayıb.

Xatırladaq ki, ötən il mayın 23-də Afinadan Vilnüsə uçan "Ryanair" təyyarəsi hərbi qırıcı vasitəsilə Minskə endirilib, təyyarədə olan belaruslu jurnalist Raman Prataseviç və onun rusiyalı sevgilisi saxlanıb. Belarus hakimiyyəti hərəkətini Fələstinin Həmas silahlı qrupundan bomba təhdidi ilə izah edib. Amma bu informasiyanın saxta olduğu üzə çıxıb.

Dünyanın bir sıra ölkələri Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonu Prataseviçi və sevgilisi Sofiya Sapeqanı həbs etmək üçün sərnişin təyyarəsini dövlətin iştirakıyla qaçırmaqda ittiham edib. Onlara 2020-ci ilin avqust seçkisindən sonrakı mülki iğtişaşlarla əlaqədar ittihamlar irəli sürülüb. Hazırda jurnalist və sevgilisi Belarusda ev dustağıdırlar.

Açıklama yok.

BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) insidentin araşdırılması üçün faktaraşdırıcı missiya yaradıb. Qurum yanvarın 17-də 193 üzvü üçün hesabatını yayıb.

“Afinada uçuş öncəsi yoxlamalar, Belarusda və Litvada təyyarədə müxtəlif axtarışlar zamanı nə bomba, nə də onun mövcudluğuna dəlil tapılmadığından bomba hədəsinin qəsdən uydurulduğu hesab edilir”, – hesabatda deyilir.

"Amma bu qanunsuz hiylənin mənbəyi kimi hər hansı dövlət, yaxud şəxs müəyyənləşdirilməyib", qurum qeyd edir. Belarus hakimiyyəti təhqiqatla əməkdaşlıq etməyib, vacib informasiyanı faktaraşdırıcı missiyaya verməyib, yaxud informasiyanı saxlamadığı üzə çıxıb.

Hesabatda o da qeyd edilir ki, bir sıra ölkələr öz təhqiqatlarını aparırlar, çatışmayan faktların müəyyənləşdirilməsinə kömək edə bilərlər.

Polşada ötən ay açıqlanmış təhqiqata görə isə, bütövlükdə durum pilotu təyyarəni Minskə endirməyə vadar etmək üçün bəhanə idi. ICAO-nun hesabatına cavab olaraq, Belarusun müxalifət lideri Svetlana Tixanovskaya deyib ki, gəlinən nəticə rejimin "Ryanair" insidenti haqda faktları gizlətməyə çalışdığını göstərir. O, qurumu Belarus hökumətinə qarşı sərt mövqe tutmağa, məsələni BMT Təhlükəsizlik Şurasında qaldırmağa çağırıb.

ICAO şurası yanvarın 21-də bir araya gələrək hesabatda deyilənlərlə bağlı mümkün addımları nəzərdən keçirəcək.

Britaniya və Avropa İttifaqı (Aİ) hava şirkətlərinə Belarusun hava məkanına girməmək göstərişi verib, bu ölkənin "Belavia" şirkətinə də qadağa qoyub. Birləşmiş Ştatlar, Kanada, Britaniya daxil bir sıra ölkələr, eləcə də Avropa İttifaqı insidentə cavab olaraq Belarusa təzə sanksiyalar tətbiq edib.

Lukaşenko rejimi 2020-ci ilin prezident seçkisindən sonra dinc etirazlara qəddarlıqla divan tutduğuna görə beynəlxalq aləmdə təcrid olunub. Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını deyir. Aİ, Birləşmiş Ştatlar və digər ölkələr Belarusa bir neçə raundda koordinasiyalı sanksiyalar açıqlayıblar.





Xəbərin oxunma sayı : 403




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap