Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır

Tarix 13.12.17, 3:55

Font ölçüsü : - / +
bitmap-img6


BMT, Azərbaycan iqtisadiyyatının həcminin 2018-ci ildə 1,8 faiz artacağını proqnozlaşdırır.

"Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı BMT hesabatına əsasən 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1 faiz ixtisara məruz qalıb.

O, MDB ölkələri arasında ÜDM həcminin azalmasından əziyyət çəkən yeganə ölkədir, New York şəhərində təqdim olunan yeni hesabatda qeyd olunur.

Sənədə əsasən bu, "neft istehsalının ixtisarı və maliyyə sektorundakı problemlərlə bağlıdır".


Maliyyə sahəsində MDB üzrə inflyasiya ilə bağlı vəziyyət müxtəlifliklə səciyyələnir, hesabatda deyilir.

Ermənistanda inflyasiyanın sıfıra yaxın olduğu halda Azərbaycanla Ukraynada o, iki rəqəmli qiymət artımı ilə ifadə olunub.
Hesabat müəlliflərinə görə, 2017-ci ildə bir faizlik ixtisara məruz qalan Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1,8 faiz artacaq.
"Yeni qaz yatağının işlənməsi 2018-2019-cu illərdə iqtisadiyyatın bərpasına kömək olacaq", - Azərbaycan iqtisadiyyatını təhlil edən BMT ekspertləri hesab edir.

2017-ci il üzrə adambaşına illik gəlirə görə Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə "yuxarı orta gəlirli" ölkələrə aid edilib.
Gürcüstanla Ermənistan bu cədvəldə bir pillə geridədir və onları "aşağı orta gəlirli" ölkələr qrupunda görmək olar.
Azərbaycan iqtisadiyyatının artımına dair proqnoz qlobal inkişaf fonunda baş verir.

BMT ekspertlərinin dəyərləndirməsinə görə, 2017-ci ildə dünya iqtisadiyyatı 3 faiz artıb və bu artımın az qala yarısı Şərqi və Cənubi Asiya ölkələrinin payına düşür.

Dünyada ümumi inkişaf təmayülünə öz təsirini Argentina, Rusiya, Braziliya və Nigeriya kimi ölkələrdə tənəzzülün sona çatması da göstərib, BMT hesabatında deyilir.

Qısa müddətli proqnozların yaxşılaşması ilə yanaşı dünya iqtisadiyyatına risklər də mövcuddur. Bunlar ticarət siyasətinin dəyişməsi, qlobal maliyyə şəraitinin pisləşməsi və geosiyasi gərginlikdir.

"Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" hesabatı qlobal iqtisadiyyatda gözlənilən təmayüllərə həsr olunur.



Xəbərin oxunma sayı : 112




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap