Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

BMT: “Arıların tükənmə təhlükəsi var”

Tarix 19.05.18, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 20-də ilk dəfə Ümumdünya Arılar Günü qeyd olunacaq

“Report” BMT-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd arıların tükənmə təhlükəsi probleminə diqqət çəkmək, əhalini arıların mühüm rolu barədə məlumatlandırmaq və onları necə qoruyub saxlamağın yollarını izah etməkdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ətraf Mühit Proqramının (UNEP) ekspertləri dəfələrlə arıların yoxolma təhlükəsi barədə məlumat veriblər. Onlar meyvə verən çiçəkləri tozlandıran bu həşəratların azalmasının qlobal ərzaq vəziyyətini təhlükə altına sala biləcəyi xəbərdarlığını ediblər.

Qeyd edək ki, Avropada arıların azalması ötən əsrin 60-cı illərdən hiss olunmağa başlayıb. 1998-ci ildən isə proses əhəmiyyətli dərəcədə sürətlənib. Bu fenomen xüsusilə Belçika, Fransa, Almaniya, İtaliya, Hollandiya və Böyük Britaniyada müşahidə olunur.

Ekspertlər qeyd edirlər ki, arıların yaşamasının təhlükə altına düşməsi bir çox amillə, o cümlədən qlobal istiləşmə, pestisidlərdən həddindən artıq istifadə, xəstəliklər və zərərvericilərlə əlaqəlidir.



Xəbərin oxunma sayı : 244




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap