Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün...

Tarix 27.09.21, 20:12

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il icra olunmamış qaldığını xatırlatmaqla ikili standartların və selektiv yanaşmanın yolverilməz olduğunu bir daha diqqətə çatdırdı. 

Azərbaycanın haqlı tələbi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.  Regionun hazırki vəziyyətinə gəlincə, beynəlxalq ictimaiyyət də münaqişə başa çatdığından Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu görür. Dünya birliyi də anlayır ki, əslində belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin Ermənistanın bu təkliflə bağlı müsbət reaksıyasının olmaması bölgədə sülh və təhlükəsizliyin qorunmasına çalışan bütün tərəfləri düşündürməlidir.

Bu gün Azərbaycan öz maliyyə vəsaiti hesabına azad olunmuş ərazilərdə irimiqyaslı bərpa işlərinə start verib. Dövlət başçımız bərpa prosesinə xərclənən maliyyə vəsaitini də açıqladı-təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Biz heç kimdən maliyyə yardımı
istəmirik. Prezidentin də söylədiyi kimi, bu gün əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Üstəlik, mina xəritələrinin verilməməsi səbəbindən 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olub, 130 nəfər isə yaralanıb. Təəssüf ki, Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. 
Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi, üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyinin cəmi 25 faiz olması beynəlxalq ictimaiyyətin bu məsələdə hərəkətverici güc kimi roluna ehtiyac yaradır. Ermənistan azad olunmuş
ərazilərimiz üzrə dəqiq mina xəritələrini təqdim etməyə məcbur edilməlidir. Dövlət başçımız “sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək
Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu
mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir” söyləməklə bütün tərəflərin məsuliyyətini xatırlatdı. Ermənistanda revanşizmin və onun
silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulması ilə bağlı BMT tribunasından çağırış edən Prezident İlham Əliyev ölkəmizin bu regionda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin, bərqərar olunmasına xidmət edən səyləri dəstəklədiyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Burada prosesi pozan tərəfə qarşı beynəlxalq səviyyədə qınaq olmalıdır.

Ramil Əsədov



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap