Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Boş qalan yerlərə qəbul nə vaxt aparılacaq? –DİM-in mətbuat katibindən açıqlama

Tarix 16.08.18, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Artıq ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunub. Belə ki, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, ali təhsil müəssislərinə qəbul ola bilməyən abituriyentlər boş qalan yerlərə sənəd verə bilərlər.

“Müsabiqədə iştirak etmiş, amma qəbul olmamış abituriyentlərə icazə verilir ki, boş qalan yerlərin yerlərin müsabiqəsində iştirak etsinlər. Boş qalan yerlərin müsabiqəsi elektron qaydada aparılır. İxtisas seçimi avqustun 16-dan 20-nə qədər davam edəcək. Bu müddət ərzində abituriyentlər “Abituriyent” jurnalının 8 saylı buraxılışında həmin yerlərlə tanış ola bilərlər. “Abituriyent” jurnalının 8-ci sayı  bu gün nəşr olunacaq”.

Xanlar Xanlarzadə bildirib ki, boş qalan yerlərin müsabiqəsində  kollecləri seçən abituriyentlər də iştirak edə bilər.

“Elektron ərizə qəbulu zamanı ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı, tam orta təhsilin bazasından 11-ci sinifdən kolleclərə qəbul olmaq istəyən abituriyentlər də seçim edə bilərlər. Kolleclərin müsabiqəsində kim  qeydiyyatdan keçib, onlar da boş qalan yerlərə elektron qaydada ixtisas seçə bilər. Eyni zamanda, ali məktəbə qəbul ola bilməyən abituriyentlər ərizəsində kollecləri də qeyd edə bilər.

Abituriyentlər arasında hər il elələrinə rast gəlmək olur ki, yüksək nəticə göstərsə də, ali məktəbə qəbul ola bilməyib. Bu il də istisna deyil”.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap