Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Boşandı və vedrədən tutmuş iynəyədək gətirdiyi cehizlərinin pulunu istədi

Tarix 01.12.16, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam Rayon Məhkəməsi boşandıqdan sonra cehiz tələbi ilə bağlı iddianı təmin edib. Məsələnin maraqlı tərəfi odur ki, cehiz manatın yeni məzənnəsinə uyğun qiymətləndirilib


Bu barədə virtualaz.org saytına tərəflərdən birinin vəkili Zibeydə Zəkəriyyayeva məlumat verib.

Qadın 12 il əvvəl ailə qurarkən gətirdiyi cehizləri hesablayıb. İllərdir istifadə edilən qızıl sırğa, boyunbağı, vanna, qazan, ləyən, vedrə, asılqan, çaynik, yorğan-döşək və digərləri yeni satış qiyməti ilə hesablanıb. “Sandıq 35 manat, döşək 120 manat, yorğan 120 manat, yastıq 80 manat, qab 35 manat, qaşıqlar 25 manat, asılqan - ədədi 20 manat, döşəkcə - 6 ədəd - 30 manat, mütəkkə - 1 ədəd - 5 manat, stəkan - 12 ədəd - 6 manat, nəlbəki - 12 ədəd - 6 manat, əl məhrəbası - 4 ədəd - 16 manat və s. göstərilib.

Siyahı uzundur və ən xırda ev əşyası belə qeydə alınıb. Duzqabı, vedrə, dəmir qazan, çaynik və hətta inək də iddiada yer alıb. Məhkəmənin hökmü ilə iddiada göstərilən əşyaların dəyəri hesablanaraq qadına ödənilməsi qərara alınıb”, - vəkil bildirib.

Cehiz siyahısında qız tərəfin verdiyi iddia olunan inək də yer alıb. Lakin hakim inəyin əvəzinin ödənilməsi tələbini yerinə yetirməyib. Qarşı tərəf isə apellyasiya şikayəti verib.

“Tərəflər bu il ayrılıblar, cütlüyün 2 uşağı var. Ata övladlarının ona verilməsi üçün məhkəməyə müarciət edib. Hazırda iki iddia üzrə məhkəmə gedir”, - Z. Zəkəriyyayeva deyib.



Xəbərin oxunma sayı : 166




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap