Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bolton Venesuela ordusunu ittiham edib- ABŞ təyyarəsinə qarşı təxribatda

Tarix 23.07.19, 10:51

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Venesuela ordusunu Amerika təyyarəsinə qarşı “təxribatçı hərəkətlər”də günahlandırıb.

“Report” xəbər verir ki, Con Bolton bu barədə öz şəxsi “Twitter” səhifəsində qeyd edib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3 kəşfiyyat təyyarəsini “aqressivcəsinə izlədiyi” barədə məlumat yayıb.

ABŞ rəsmisi onu da bildirib ki, Venesuela ordusunun hərəkətləri Venesuela prezidenti Nikolas Maduronun beynəlxalq norma və qanunların “qəsdən pozulması”na bir nümunədir.

Qeyd edək ki, Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3-ün ekipajına və təyyarənin özünə ciddi risk yaradıb. Bundan öncə Venesuela ABŞ təyyarəsinin hava sərhədini pozduğunu bəyan edib. İddia edilib ki, təyyarə ilə əlaqə yaratmaq mümkün olmayıb, yalnız Su-30 havaya qalxdıqdan sonra ABŞ-ın kəşfiyyat təyyarəsi uzaqlaşıb.




Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap