Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Boltonun Bakıya gəliş səbəbi: Qarabağ, İran, insan haqları... - Trampın müşaviri mətbuat konfransı keçirdi

Tarix 24.10.18, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi, İranın regiondakı ziyanlı fəaliyyəti, bir sıra iqtisadi məsələləri müzakirə edib.

Bu haqda C.Bolton bu gün, oktyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

C. Bolton səfər proqramı haqda məlumat verib. 

Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşüb, müzakirələr apardığını qeyd edib: «Biz Dağlıq Qarabağ münaqişəsini və İrana dair məsələləri müzakirə etdik. İranı sərgilədiyi davranışlardan çəkindirmək cəhdlərinin gücləndirilməsi və Tehranın nüvə silahları işləyib hazırlaması barədə müzakirələr apardıq.

Bundan əlavə, dövlətlərimiz arasındakı iqtisadi münasibətləri, Cənub Qaz Dəhlizinə xüsusi toxunduq. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq enerji bazarlarında oynadığı mühüm rolu nəzərdən keçirdik. Azərbaycanın bu minvalda öz faydalı rolunu davam etdirməsi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropa bazarlarının alternativ enerji təminatçısı rolunu oynayır.

Eyni zamanda, ABŞ və Azərbaycan hökumətləri arasında olan tərəfdaşlıq məsələlərini müzakirə etdik. Bura beynəlxalq terrorçuluğa, insan alverinə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı birgə fəaliyyət daxildir».

 C.Boltonun görüşlərində insan haqları və demokratiya məsələlərinə də toxunulub.

«Prezident İlham Əliyevlə görüş əsnasında insan haqlarına dair məsələlərinə toxundum. Amerika insan haqları və demokratiya məsələlərinə çox böyük önəm verir, onların mühümlüyünü anlayırıq. Amma prezident Trampın BMT-nin ümumi iclasında dediyi bir məsələyə dönmək istərdim. Prezident Tramp bildirmişdi ki, biz başqa dövlətlərə mühazirə oxumaq niyyətində deyilik», – deyən C.Bolton Azadliq Radiosunun fəaliyyətinin Azərbaycanda dayandırılması məsələsinin xüsusi müzakirə edilmədiyini vurğulayıb.

C.Bolton Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrdən danışarkən, ABŞ-ın münaqişənin dinc yolla həllinin tapılmasına sadiq olduğunu qeyd edib.

«Münaqişəsinin həlli regionda sülhə, eyni zamanda, beynəlxalq müstəvidə də öz təsirlərini göstərə bilər. Bu baxımdan münaqişənin həll olunması bizim üçün mühüm əhəmiyyət daşıyır. Mən Azərbaycandan sonra Ermənistanda səfərdə olacağam, onların da münaqişənin həlli ilə bağlı fikirləriylə tanış olacağam. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq, münaqişənin dinc yolla həllinin tapılmasına sadiqliyimizi nümayiş etdirməyə davam edəcəyik», – C.Bolton bildirib/Azadliqradiosu.




Xəbərin oxunma sayı : 259




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap