| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Bomba kimi video - Azərbaycan böyük risklərin astanasında...
Tarix 16.09.22, 23:05 |
|

Qabil Abbasoğlu
Ermənistan silahlı qüvvələrinin 13 sentyabr təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı mediaya açıqlamasında iddia etmişdi ki, qardaşı hərbi xidmətə düzəlmək üçün bankdan 6 min manat kredit çəkərək, rüşvət verib. Bu məsələ iki gündür, medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusudur. Müdafiə Nazirliyi məsələnin araşdırılacağını və Sənan Əhmədovun nazirliyə dəvət edildiyini bildirmişdi. Bunun ardınca sosial şəbəkələrdə Sənan Əhmədovun “üzrxahlıq videosu” yayıldı. Videoda şəhid qardaşı dediklərini təkzib edir, yanlışlıq olduğunu bildirir və hamıdan üzr istəyir…
Video yayılan kimi, dərhal məntiqi mexanizm işə düşdü – sosial şəbəkə təmsilçiləri, ictimai sektorda, hətta ondan kənarda olan insanlar kütləvi halda özləri üzr videolarını çəkib paylaşmağa başladılar. Bu paylaşımlardakı sarkazm və kütləvi qınağın ünvanı yenə hökumətdir. Cəmiyyət bütün təbəqələri ilə etirazını bildirir. Bunu edən orqan, yaxud şəxs də daxil, hələ kimsənin bu videonun niyə çəkilib yayıldığını əsaslandıran bircə cümləsi belə yoxdur.
İnformasiya siyasəti, siyasi PR işi yerlə sürünür. Ortada əcaib bir mənzərə var: bir neçə gün əvvəl düşmənlə döyüşü təşkil edən, əmr verən, onlarla şəhidin qanı bahasına müəyyən hərbi-strateji üstünlük əldə edən, geri dönüb şəhid ailələrinə, yaralılara, qazilərə minnətdarlıq etməli olan hökumət… əksinə, onlardan hansınısa üzr istəməyə məcbur edir.
Kimsə durub deməsin ki, məlum video şəhid qardaşının öz təşəbbüsü ilə çəkilib. Ortada məcburiyyət var, “səbəb” isə odur ki, şəhidin qardaşı onun xidmətə rüşvət müqabilində qəbul olunduğunu iddia edib.
(Bu başqa məsələdir ki, məhz komando birliklərinə qəbulda rüşvətin rol oynadığı az inandırıcıdır. MAXE qəbulundan tutmuş, bir çox başqa işlərə qədər rüşvətin rol oynadığı barədə vaxtaşırı iddialar səslənir, hətta buna görə cəzalandırılanlar da olub. Amma komando xidməti üçün belə bir iddia ilk dəfədir eşidirəm. Bəlkə elə bu “ilk dəfə”dədir məsələnin mahiyyəti? Vətən Müharibəsində fenomen kimi ortaya çıxmış, peşəkarlığı və vətənpərvərliyi ilə anidən məşhurlaşmış və insanların sayğı, sevgi ünvanına çevrilmiş, türk ordu sistemində yetişdirilmiş komando birliklərinin rüşvətdə ittiham olunması təsadüfdürmü? Təki təsadüf olsun…)
Sosial media nüvə silahı, atom bombası qədər təhlükəlidir. İnformasiya işinə məsul komanda bunu anlamırsa, bu işin başını buraxmalıdır. Anlayırsa və gücü çatmırsa, yenə buraxmalıdır…
İndi həmin “nüvə reaksiyası” başlayıb:
– iki ildir regionun ən güclü ordusu olduğunu təsdiq etmiş ordumuz indi rüşvətdə suçlanır;
– şəhidin torpağı qurumamış onun qardaşına təzyiq göstərilməsi cəmiyyətdə mənəvi-emosional böhran yaradıb;
– informasiya işinin haradan idarə olunduğu rəsmən bilinmədiyi üçün məsuliyyəti kimin üzərinə yükləməyi də bilməyən insanlar birbaşa hökuməti və onun rəhbərini qınayırlar, konkret əmələ cavabdeh olan məmurlar kənarda qalır;
– Vətən Müharibəsindən sonra olduğu kimi, yenə daxili milli birlik və həmrəyliyi qorumaq yerinə, hansısa “gizli əllər” bu cür etiraz, hətta nifrət yaradan, cəmiyyəti daha çox parçalanmaya yönəldən hadisələr törədə bilir;
– heç bir hüquqi və mənəvi sərhəd tanımayan bu cür faktlar ölkənin bütövlükdə informasiya təhlükəsizliyinin ciddi risk altında olduğunu nümayiş etdirir.
İctimaiyyətin kütləvi üzr videoları ağır mənəvi deqradasıya mənzərəsi yaratmaqdadır. Proses dayanmasa, rüsvayçı bir situasiya ilə üzləşə bilərik. Dayanması üçün isə kimsə cəzalanmalı, bu tip hadisələrə münasibət dəyişməli, idarəçilik qaydaları islah olunmalıdır. Görək, olacaqmı?
Kim çəkib bu videonu? Kim yayılmasına göstəriş verib? Gör, nə qədər piyada məntiqin və primitiv ağlın yiyəsi olmalısan ki, guya “hökuməti xilas etmək, rüşvət iddiasının hədəfindən çıxarmaq” məqsədilə bu cür səbatsız, qeyri-peşəkar, yarıtmaz və təhlükəli qərarlar alasan. Dövlət anlayışının zədələnməsi, şəhidlik kimi müstəsna mənəvi məfhumun cari maraqlara qurban verilməsi bağışlanmamalıdır.
İki ildir ki, Azərbaycan ciddi bir formatın içərisində, böyük risklərin astanasındadır (Bəli, elə son Səmərqənd görüşü də bunu göstərdi). Belə vəziyyətlərdə daha məsuliyyətli və diqqətli olmaq, dövləti hər bir vətəndaşın, xüsusilə də şəhid ailələrinin və qazilərin yanında göstərmək daha doğru olardı. Nəinki o insanların qarşısında, kameranın arxasında…
Xəbərin oxunma sayı : 904
Sosial
Xəbərlər
-
Göyçayda yol problemi: 30 mindən çox insan əziyyət çəkir - VİDEO
-
Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq? - Açıqlama
-
İflas edən şirkət borclarını ödəyə bilmir - Məhkəmə cərimə etdi
-
Neft 120 dollara çatdı - Qiymətlərin tezliklə enəcəyinə ümidlər azalır
-
Tramp İranın yeni liderindən danışdı: “Uzun müddət hakimiyyətdə qala bilməyəcək“
-
Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub
-
Azərbaycanda balıq bahalaşdı - İrandakı müharibəyə görə
-
Şahbuzda qar örtüyünün hündürlüyü 41 sm-ə çatıb - Faktiki hava
-
Xızıda köməksiz qalan xarici vətəndaşlar xilas edildi - VİDEO
-
“İrana qarşı əməliyyatın dayandırılması qərarı Netanyahu ilə birgə veriləcək“ - Tramp
-
Baş İdarə əməliyyat keçirdi, 4 nəfərdən 43 kq narkotik vasitə götürüldü - VİDEO
-
Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel qiymətləri - VİDEO
-
İrana yüklərin daşınması bərpa olundu - RƏSMİ
-
Stomatoloqa müraciət edən qadın sağlam dişlərini də itirib? - VİDEO
-
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
-
Körfəz ölkələri iki od arasında - Regionda uzunmüddətli müharibə olacaq?
-
Bakıda bu yerlərdə quraşdırılan nişanlar sürücülərə təhlükə yaradır - VİDEO
-
Yasamalda binanın zirzəmisi qanunsuz zəbt olunub? - VİDEO
-
Pezeşkian İlham Əliyevə zəng etdi - Minnətdarlığını bildirdi
-
ABŞ İranın hərbi gəmisini vurdu - 104 dənizçi həlak oldu
-
İranın yeni Ali Lider seçildi - Ekspertlər Şurası qərarını açıqladı
-
“Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır“ - Ağ Ev
-
Ramazan ayının 19-cu günü - İmsak və iftar vaxtları
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Yeni lideri Tramp deyil, İran xalqı seçəcək” - Əraqçi
-
Bələdiyyə sədri kənd sakinlərinin ağac əkməsinə icazə vermədi - VİDEO
-
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq - Dumana görə
-
Nyu-York merinin iqamətgahı yaxınlığında iğtişaşlar: Saxlanılanlar var
-
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu
-
“Trampı rahat buraxmayacağıq” - Əli Laricani
-
“Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır“ - Əhməd Attaf
-
Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir - AYNA
-
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib - FOTO
-
Azərbaycan vətəndaşları BƏƏ-dən qayıda bilmirlər - VİDEO
-
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
-
Aygün Kazımovanın “Chanel“ tərzi - VİDEO
-
İran Türkiyəni hədəf alan macəraya girişməməlidir - Hakan Fidan
-
Qızıl bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Müharibə vəziyyətində yaşayırıq” - BƏƏ Prezidenti
-
Son günlər sürücülər bu yolda cərimələnirlər - VİDEO
-
“BYD” üçün 19 minə yaxın ödədi - Ortada nə maşın var, nə də pul...
-
Prezident Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib - FOTO
-
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
-
Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı
-
Novruz ərəfəsində çərəz bazarı: İranla bağlı vəziyyət qiymətlərə təsir göstərəcək?
-
Ramazan ayının 18-ci günü - İmsak və iftar vaxtları
-
Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı
-
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - İstanbulda
-
Bakının mənzil bazarında 2 ayın mənzərəsi: Qiymətlər sabit tempdə artır
-
Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi: Naxçıvana hücum qınanıldı
-
Azərbaycan Tibb Universitetində 37 min manatlıq “alış-veriş“ - duş-aftafa şlanqları, arko kranlar, sifonlar və.s
-
Varlılar sərvətlərini Dubaydan çıxarmağa başlayıblar - Daha çox Sinqapura üz tuturlar
-
SEPAH rəsmisi Trampa müraciət etdi - “Məmnuniyyətlə qarşılayırıq”
-
Albaniya prezidenti İlham Əliyevə zəng etdi - Naxçıvana hücumu qınadı
-
Könül Kərimovaya 245 minlik dələduzluq: Evini saxta sənədlə başqasına satdılar
-
Orban Zelenskiyə cavab verdi: “Macarları şantaj etmək olmaz“
-
Şəmkirdə 16 yaşlı qız ana oldu: Ataya cinayət işi açıldı
-
“İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib“ - ABŞ prezidenti
-
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
-
“MedAura”nın “cinayət aurası“ - Klinika rəhbərliyi adı dəyişib aradan çıxır
-
“Rusiya Ukraynaya 29 raket və 480 dronla hücum edib“ - Zelenski
-
Evində dini yığıncaqlar təşkil etdi, saxlanıldı - Məhkəmə qərarı
-
Azərbaycanda qadınlar harada çalışır, nə qədər maaş alır? - RƏQƏMLƏR
-
Qadınları aldadıb Quşadasına apardı - Niyyəti ora çatanda bilindi...
-
“İran təslim olmayacaq“ - Məsud Pezeşkian
-
Messi “İnter Mayami”də nə qədər qazanır? - Klubun sahibi açıqladı
-
Bakıda qadının evindən 28 min manat pul oğurlandı:Bacısı qızı saxlanıldı
-
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO
-
Azərbaycanın kart bazarında yaşanan proses: Borclanma dövrü bitir?
-
Pezeşkian hücumlara görə qonşu ölkələrdən - Üzr istədi
-
Samuxda 46 yaşlı qadın bıçaqlandı - Oğlu saxlanıldı
-
Qətərin enerji nazirindən sensasion proqnoz: Neftin qiyməti 150 dollar ola bilər
-
Xırdalanda yerləşən “Kristal Abşeron” binasında qanunsuz artırma - İcra hakimiyyəti niyə susur?
-
“Milano Hospitalda“ qanunsuz estetik əməliyyat - Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
-
Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib - XİN
-
Prezidentin həmin çıxışı dünya mediasında - Fotolar
-
Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - VİDEO
-
London “uşaqsız şəhər“ə çevrilə bilər: Narahatedici statistika
-
Mütəxəssis xəbərdarlıq edir: Gündüz yuxusu 30 dəqiqəni keçməməlidir
-
“Şübhəli məqamlar var...“ - İran səfiri ilə gərgin MÜSAHİBƏ + VİDEO
-
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Mauro İkardi üsyan etdi: “Mən 15 dəqiqəlik oyunçu deyiləm“
-
Sumqayıtda 4 nömrəli xəstəxanada baxımsız vəziyyətdə - VİDEO
-
Nə market qalıb, nə işçi, amma cərimə gəlir - VİDEO
-
Ramazan ayının 17-ci günü - İmsak və iftar vaxtları
-
SEPAH Bakıda ictimai xadimi öldürmək istəyib - DTX ifşa etdi + VİDEO
-
“Minlərlə insanı Yaxın Şərqdən çıxarırıq“ - Tramp
-
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
-
İlham Əliyevlə Aleksandar Vuçiç telefonda danışdı - Nələr müzakirə edilib?
-
Trampdan İrana sərt xəbərdarlıq - “Yalnız bir şərtlə”
-
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
-
Ana övladı üçün kömək istəyir - “Səsimizə səs verin!”
-
Kuba tezliklə çökəcək, razılığa gəlmək istəyirlər - TRAMP
-
Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik ünvanlayıb - MƏTN
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin - CƏDVƏL
-
İranla sərhədə ağır silahların yerləşdirilməsi barədə paylaşımlar manipulyasiyadır - MEDİA
-
300 hərbçi Rusiyadan Ukraynaya qaytarıldı - Daha bir əsir mübadiləsi baş tutdu
-
Silahlı Qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Ceyhun Bayramov
-
Temperatur enəcək, yağış və qar yağacaq - Sabahın havası
-
Azərbaycan-İran sərhədində yük daşımaları dayandırıldı - Günlük zərər nə qədərdir?
-
“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
“İran yaxın günlərdə uzaqmənzilli müasir raketləri tətbiq edə bilər“ - SEPAH
-
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
-
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət
-
Qanunsuz işləyən broyler kamera çəkdirib pulunu vermir - ŞİKAYƏT
-
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-yə gedir
-
ABŞ İrana quru qoşunları göndərir? - Trampdan kritik açıqlama
-
Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var
-
Töhmətdən sonra Suraxanı: Yenə qanunsuz tikintilər, yenə narazılıq...
-
Sahibkar vergi əməkdaşını döyüb - Gəncədə insident baş verib
-
Azərbaycan diplomatlarını İrandan çıxarır - Prezident qərar verdi
-
Naxçıvanda məktəblərdə tədris bərpa olunub - Həyat əvvəlki axarına geri dönüb
-
Sürücüsündən alıb idarə etdi - Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı
-
“İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi“ - “Nəticələri gözləyirik“
-
Beyləqanda Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar
-
“Pakistan dövləti Azərbaycanın yanındadır“ - Şahbaz Şərif İlham Əliyevə zəng edib
-
Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
TOP 10
ARXİV






