Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bombardir “Sumqayıt“dan ayrıldı - “Mənlik bir şey yoxdur“

Tarix 12.07.20, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək “Sumqayıt”ın hücumçusu Peyman Babayi komandadan ayrılıb.

Bunu Qol.az-a açıqlamasında İrandan olan, əslən azərbaycanlı futbolçu özü deyib.

Ötən ilin yanvar ayında İranın “Maşınsazi” klubundan 1.5 illiyə icarəyə götürülən hücumçu müqaviləsi başa çatdığı üçün geri dönüb.

25 yaşlı futbolçu əslində Avropa Liqasına vəsiqə qazanan “Sumqayıt”da qalmaq istədiyini, ancaq klubun "Maşınsazi"nin istədiyi məbləği ödəyə bilmədiyi üçün geri qayıtdığını qeyd edib: “Mən indi də istəyirəm ki, “Sumqayıt”da oynayım. Yaxşı baş məşqçimiz var idi. Ayxan Abbasov mənə çox kömək edib. “Sumqayıt”dan heç bir pislik görməmişəm. Biz bir ailə kimi olmuşuq. Əslində mənlik bir şey yoxdur. Avropa Liqasında “Sumqayıt”a köməklik etmək istəyirəm. Mən “Maşınsazi”ni razı saldım ki, “Sumqayıt”da qalım. Sadəcə, müqaviləmin uzadılması üçün “Maşınsazi”nin istədiyi məbləği “Sumqayıt” ödəyə bilmədi. Klublar arasında çoxlu danışıqlar olsa da, maddi tələblər ödənmədiyindən orada qalmağım alınmadı. Ona görə də hazırda Təbrizdəyəm. Ancaq qayıtmağı mən də istəyirəm".

Qeyd edək ki, Peyman Babayi 2019-2020 mövsümündə Premyer Liqamızda 8 qol vuraraq çempionatın şərikli bombardiri olub. 



Xəbərin oxunma sayı : 2428




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap