Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Brillant Dadaşova danışdı: “guya məni Bilgəhdəki bağdan götürürmüş…”

Tarix 09.06.20, 13:47

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə barəsində böhtan xarakterli video paylaşanları ifşa edib.

AzFakt.com xəbər verir ki, sənətçi Buzovna kəndindəki villasından Xəzər dənizinə açılan möhtəşəm mənzərəni lentə alaraq, sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib:

“Gözəl kəndimiz Buzovna. İnternetdə üzdəniraq elə insanlar gördük ki… Bu yaxınlarda mənə bir video göndəriblər. Bir kişi qadınlar kimi dedi-qodu edir, şər-böhtan atır. Videoda o deyir ki, guya məni Bilgəhdəki bağdan götürürmüş. Görünür ki, o insanın Bakının 32 kəndi haqqında anlayışı yoxdur. Bilgəh ilə Buzovna başqa yerdir. Bizim Bilgəhdə heç vaxt evimiz və bağımız olmayıb.

Bunu ona görə deyirəm ki, yalançı hekayələri danışanda həqiqəti biləsiniz. O biri deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, qondarma hekayələr danışırlar.

Biri də deyir ki, guya məni kimsə Xalq artisti edib. Bu adı almağa görə, guya mən kiminləsə görüşmüşəm.  

İstedadım olmasaydı, peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasaydım, əmim Məlik Dadaşov - “Xalq artisti”, “Şöhrət” ordeni olan insan heç olmasa, mənə fəxri ad verdirərdi. Xalq artisti adına səhnəyə çıxandan 23 il sonra layiq görülmüşəm.

Əziz dostlar, əfsuslar olsun ki, onlar ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünyaya gətirdiyi insandır. Heyif o ananın südündən”.





Xəbərin oxunma sayı : 745




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap