Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Brilliant Dadaşova özündən çıxdı: “Faiq, sənin videon yayılanda…” - Qalmaqal

Tarix 21.02.20, 21:06

Font ölçüsü : - / +
bitmap-img6


İllərdir küsülü olan xalq artisti Brilliant Dadaşova ilə Faiq Ağayev arasında yenidən qalmaqal baş verib.

Teleqraf.com xəbər verir ki, səbəb Faiq Ağayevin Murad Arifin aparıcılıq etdiyi “Popumuz var” verilişindəki sözləridir.

“Flora Kərimova, yoxsa Brilliant Dadaşovanın sənəti?” sualına Faiq Ağayev “Təbii ki, Flora Kərimovanın sənəti... Siz nə danışırsınız?! Bu müqayisə olunmaz bir qaydadır. Biri əsrlər boyu qalacaq, biri isə bir azdan yaddan çıxacaq” deyə cavab verib.

Bu isə Brilliant Dadaşovanı özündən çıxarıb. O, Murad Arifin verilişdən İnstaqramda paylaşdığı videoyaya sərt reaksiya göstərib.

Xalq artisti Faiq Ağayev haqqında xoşagəlməz sözlər yazıb: “ Şəxsən özünün çəkdiyi video ortaya çıxanda mənim üzərimə atdı. Mənə böhtan atması hələ də sual altındadır. Bu dünyada və məhşərdə böhtanın cəzası çox ağırdır”.

Brilliant Dadaşova Faiq Ağayevin parlament seçkilərində namizəd olmamasına isə belə reaksiya göstərib: “Parlamentdə vaxtı ilə böyük Rəşid Behbudov oturub. Heç olmasa səndən dürüstlük gözləyənlərin ümidini qırma. Doğrudanmı bu xalq bu qədər cılızlaşdırılır? Allah özü bu xalqa kömək olsun!”

Faiq Ağayev isə sözügedən videoya “Mümkündürsə verilişi bütünlüklə izləyin” şərhini yazaraq Brilliant Dadaşovaya cavab verməyib.



Xəbərin oxunma sayı : 742




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap