Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Britaniya şahzadəsi Endryu rəsmi öhdəliklərini dayandırır - Qalmaqallı Epşteyn işinə görə

Tarix 21.11.19, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu, şahzadə Endryu amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinin olması ilə bağlı yaşanan qalmaqala görə kral ailəsinin üzvü kimi rəsmi vəzifələrini müvəqqəti olaraq yerinə yetirməkdən imtina edib.

APA xəbər verir ki, bu barədə sarayın Mətbuat Xidmətinin yaydığı rəsmi açıqlamada bildirilir.

Şahzadə, həmçinin ABŞ hakimiyyəti tərəfindən cinsi zorakılıqda və yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməkdə günahlandırılan və 2019-cu ilin avqustunda intihar edən Epşteynlə bağlı aparılan istənilən araşdırmada Britaniya hüquq-mühafizə orqanlarına kömək etməyə hazır olduğunu da deyib.

“Son bir neçə gün ərzində mənə aydın oldu ki, əvvəllər məni Ceffri Epşteynlə əlaqələndirən münasibətlər ailəmin apardığı işə, eləcə də şərəfini qorumalı olduğum bir çox təşkilat və xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə ciddi maneə törədib. Bu səbəbdən də kraliçadan yaxın gələcək üçün ictimai vəzifələrimi dayandıracağımla bağlı icazə istədim və o da icazə verdi”, – deyə şahzadə qeyd edib.




Xəbərin oxunma sayı : 1792




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap